четверг, 16 марта 2017 г.

İntihar haqda yazı

    Nə vaxtsa intihar etmək istəsəm Şopenin musiqisini dinləyərək, artıq dozada antidepresant qəbul edəcəm.Bədənimi o qədər sevirəm ki, onun nə qana bulaşmasını, nə yanmasını, nə sınmasını, nə də zədə görməsini istəmirəm.Məni insanlar ən yaxşı halımla xatırlayacaqlar.Dırnaqlarım manikurlu, saçım səliqəli, bədənimdən gül qoxusu gələcək, gözlərimi yumub yuxuya gedərcəsinə öləcəm.Qulaqlarım ən son ən sevdiyim bəstəkarın musiqilərini eşitsin istəyərəm.Yanımda Nitşenin kitablarından birini qoyacam.Ölümümdən sonra hamı drammatikləşdirəcək olayı.Ona görə heç bir məktub qoymadan, izah etmədən, kimdənsə bağışlanacağımı gözləmədən çıxıb gedəcəm.
      Banka borcum olsa, qalmağa evim olmasa, cəmiyyət məni dışlasa, daşa tutsa, ailəm dağılsa  hətta balam "sən pis anasan" desə belə ölümü düşünmərəm.Mən ölümü ancaq məişətdən kənarlaşanda düşünürəm.Fikirlərimdəki dibə vurma, anlaşmazlıq, doyumluluq  elə bir həddə çatır ki, o an düşünürəm ki, tək həzz alacağım proses qalıb mənimçün həyatda.Hamiləlikdən qabaq da belə idim.Analığı dadmadan, bu hissin fəlsəfəsinə varmadan ölmək istəməmişdim.Bir növ son dayanacaqdan qabağa əlavə dayanacaqlar artırdım.Amma sadəcə vaxtı uzatdım.Mənim yazdıqlarımı çoxunuz anlamırsınız.Çünki, Vətən uğrunda "şəhid" olmağı, din uğrunda "cihadçı" olmağı, hətta xalq uğrunda "qəhrəman" olmağı qəbul edən toplum həqiqət uğrunda "üsyankar" olmağı qəbul edə bilməz.Axı bu anlayışların digərləri kimi intihardan nə fərqi var? Məhz kütlənin sizə təqdim etdiyi "həqiqət"lərə görə intihar edəndə dahamı məsum olursunuz? Qonşunuzu öldürsəniz qatil olacaqkən səngərdə "düşmən" öldürərkən niyə özünüzü "qatil" hesab etmirsinizsə elə bu səbəbdən intihar edənləri anlaya bilmirsiniz.
     Biz uşaq olanda yığışıb top oynayardıq.Topun sahibi oyunda kimlərin oynamağını istəyirdisə onları seçərdi.Sonra "seçilmişlər" o "sahibkara" gah yaltaqlanardı, gah bir-birinə badalaq gələrdi qalib gəlmək üçün, dürüst oynayanı məğlub hesab edərdilər "topun sahibinin dostu" ilə qarşılaşanda.Bir də görərdin o uşaq bozarmış halda oyunu tərk edir.Daha mən oynamıram, "topunuz başınıza dəysin" deyərcəsinə çıxır oyundan.Məğrur, qürurlu, cəsarətli, başı dik.Nə fərqi var arxasından nələr danışırlar? Ya da onu bir də oyuna almayacaqlar? İntihar da belədir.Öz iradəmizdən asılı olmadan gəldiyimiz həyata, yaradana, təbiətə qarşı üsyanımızdır. "Mənimçün biçilən ömrü bəyənmədim, xoşuma gəlməyən dünyada yaşamaq prinsiplərimə ziddir" deyərcəsinə tərk edir dünyanı.Bundan daha təbii nə ola bilər ki? Keçmiş əlimizdə deyil amma gələcək ki, əlimizdədir.Niyə də son verməyək hər şeyə? 

среда, 15 марта 2017 г.

Hamiləliyin ilk trimestri

      Yuxudan durursan davamlı bir ürəkbulanma.Mətbəxə keçən kimi dərhal 3-4 dəfə dalbadal öyümədən sonra tualetə qaçmaq məcburiyyətindəsən.Bəzən çatdıra bilmirsən, əlinlə ağzını tutursan yerə tökülməsin deyə.Bir neçə dəfə buna görə paltarlarını batırırsan.Sonra unitazın içinə böyürə-böyürə qusursan.Hər dəfə öyüyəndə bütün bədənin çəkilir.Ayaq dırnaqlarına kimi hiss edirsən bədənindəki mayenin çölə axmasını.Öyüməkdən boğazında kapliyarlar partdayır.Çöküb oturursan unitazın kənarında, qolların ordan asılı qalırsan.Qusandan sonra "qan tüpürmə" mərhələsi gəlir.Yediyin qidanın acılığı, mədənin şirəsi, üstəlik yaralı boğaz-bunlar bütün şəkildə iliklərinə kimi göynədir səni.Hər dəfə qusduqca bu halına baxıb əsəbdən ağlamamaq, üsyan etməmək, dibə vurmamaq mümkün deyil.Göz yaşı qarışıq qusmağa bulaşmış bədənini güc-bəla duşa soxursan.İsti su axdıqca təmizləndiyini düşünürsən.Amma keçmir.Çünki, sabah bu yenə təkrarlanacaq.Sən yenə bu hadisələri təkrar yaşayacaqsan.Duşdan halsız halınla çıxıb qurulanmağa belə enerji tapmırsan.Saçın yaş, bədənin çılpaq saatlarca oturub bir nöqtəyə baxmaq istəyirsən ancaq.Özündə bir təhər güc tapıb geyinməyə çalışırsan.Yadına düşür ki, bədənini kremləməlisən.Çünki, artan çəkin dərində çatlaqlar yaradır.Yağla baldırlarını, poponu, döşlərini, qarnını massaj etməsən doğuşdan sonra bərbad bir bədənlə baş-başa qalacaqsan.Güzgüyə yaxınlaşıb şişmiş gözlərini, dodaqlarını, burnunu görürsən.Bir də korlanmış dərini.Əvvəlki təmiz, gözəl, hamar dərini iri şişkolar, irinli yaralar basıb.İmmun sistemin zəiflədiyi üçün dərindəki stafilakoklar artıb və sən heç nə edə bilməzsən, çünki, yeganə çarəsi antibiotik qəbuludur.Bu isə uşağının sağlamlığına ciddi təsir edə bilər.Səbr etməkdən başqa çarənin olmadığını görürsən, bu prosedurları başa vurub iştahsız halınla nə yeyəcəyini düşünürsən.Çoxlu vitamin qəbul etməlisən, sakit olmalısan, əsəbləşməməlisən, daim gülməlisən amma bacarmırsan.Çünki, ətrafda "əşi, hamıda belə olur da, tək doğan sən deyilsən ki, bir az realist ol, keçəcək də" deyə mənasız təskinlik verən onlarla insanın əhatəsindəsən.Avtobusa minirsən ürəyin qalxır, biri yanında yemək yeyir alıb başına çırpmaq istəyirsən, metroya düşürsən hələ bilinməyən qarnın kimsənin vecinə olmur, basabasda itələşən xalalar, əmilər çox rahatlıqla qarnına zərbə vura bilərlər.Sənsə çığırmamaq, "mən hamiləyəm" deyə bağırmamaq üçün özünü zorla saxlayırsan.
    Hələ bir də bu günlərin gecəsi var.Mıxı duran ərinin ehtiyyaclarını ödəmək var.Sən halsızsan, seks istəmirsən, canının hayına qalmısan, uşağına görə narahatsan, hətta zəif immun sisteminə görə infeksiyalar dörd gözlə körpənə ziyan vurmaq üçün gözləyir, lakin, mıxı əlində qalan ərin "yanıram, axı mən kişiyəm, necə dözüm?" atmacaları ilə sənin bütün olan-qalan qadınlıq hislərini də öldürür.O qədər deyinir, o qədər giley edir ki, axırda "canım cəhənnəmə" deyib elə ancaq şalvarını aşağı çəkib prosesin bitməsini gözləyirsən.Heç bir həzz almadan, əksinə, ikrah doğuran hislərlə bir neçə dəqiqə sürən prosesdən sonra sənə qalan təkrar gedib çimmək, kremlənmək, qurulanmaq və nə yeyəcəyini düşünmək qalır...

воскресенье, 12 марта 2017 г.

Zorlama yoxsa "nakazaniya"?

       Əsgərlikdə, meşədə zorlanan, etdiyi hər hansı bir hərəkətinə görə "nakazaniya" edilən kişilərdən, oğlanlardan, yeniyetmə oğlan uşaqlarından xəbəriniz var yəqin ki.Hətta Azərbaycanda da şahidi olmuşam, həbsxanada müəyyən səbəblərdən həbsə düşəni bütün kalon zorlama haqqı qazanır.Kimsə onları "təcavüzə" görə yarğılamayacaq.Əgər mənim pulum varsa və  hansısa oğlanın şərlənib həbsə salınmasında vasitəçi olmuşamsa bircə dezinformasiya yaymağım kifayətdir ki, bütün həbsxana əhli onun anal dəliyindən bağırsaqlarını tökənə qədər ona təcavüz etsin.Bunun həqiqət olub-olmaması ilə kimsə maraqlanmır.Çünki, qadınsızlıqdan əziyyət çəkən toplum üçün bəhanə lazımdır kiminləsə lap qeyri- təbii cinsi əlaqəyə girsin.
      Sonra tutaq hansısa oğlan kiminsə bacısına sataşır ya da söz atır.Bacı gedib evdə qolu zorba qardaşlarına bunu deyir, qardaşlar isə oğlanı meşəyə aparıb onu "nakazat" edirlər, yəni seksual hərəkətlər, qeyri-təbii yolla cinsi əlaqə, hətta bura oğlanın üstünə, başına işəmək də aiddir və s.Bütün bunları hüquqdan, qanundan qorxmayaraq videoya çəkərək daha sonra da şantaj edirlər.
       Ya da iki kişi arasında ədavət olur.Biri digərindən qisas almaq üçün onun kiçik oğlunu qaçırdaraq ona qarşı nalayiq pedofil hərəkətlər edir və uşağın gözünü qorxudur.
       Xalid Hüseynin "Çərpələng Uçuran" romanında bu səhnələr öz faciəvi ruhuyla gözəl izah olunub.Necə dəhşətli olduğunu oxuyanlar təsdiq edə bilər.
       Demək istəyirəm ki, zorlama yalnız qadınlara, qızlara, uşaqlara qarşı deyil bu cəmiyyətdə.Kişilər də zorlanır.Onlar da özlərindən vəzifəcə, maddi cəhətdən, fiziki cəhətdən üstün olanlar tərəfindən çox rahat əzilə, aşağılana bilir.Sadəcə patriarxat cəmiyyət olduğumuz üçün bundan əziyyət çəkən qadınlar daha çoxdur nəinki kişilər.Amma bu o demək deyil ki, bu ölkədə bütün kişilər sikinə xurma yedizdirir, qadınlar isə təhqir edilir.Problem bilirsiniz nədədir? Qanunların işləməməsində.Bu cəmiyyətdə hər yerin kiçik icmalar kimi özünə məxsus qanunları var.Bu qanunları isə insanlar özbaşlarına, heç bir mütəxəssis rəyi olmadan qəbul edib və buna əməl edirlər.Cəza sistemini də özləri qurublar.Ona görə də effektiv deyil, daha da faciəli yerlərə aparır insanların həyatını.
      Rövşən Lənkəranskinin dəfni yadınızdadır? Kütlə orda idi.Onu bir düha kimi son mənzilə yola saldılar.Nəyə görə cəmiyyətdə bu cür insanlara ehtiyyac yarandı? Niyə onlar "xalqın qəhrəmanı" oldu? Çünki, kütləyə qəhrəman lazımdı.Ədaləti bərpa edəcək, haqq məhkəməsi qura biləcək insanlar axtarırlar.Əgər cinayətkara, caniyə, qanunu pozmuş şəxslərə lazımı cəzanı "ali məhkəmə" verə bilmirsə o zaman "ağsaqqallar şurası" keçmişdəki kimi fəaliyyətə düşür.Nəticədə ölkədə xaos yaranır.Hərə öz cəza sistemi ilə hökm biçir.Təcavüzə məruz qalan qızları, qadınları, uşaqları, kişiləri, homoseksualları, transgenderləri qoruya biləcək bir qurum yoxdur.Varsa belə fəaliyyəti sıfırdır.Nə fərqi var cəmiyyət zorlananı dışladı ya yox? Məgər öz bildiyi kimi yaşayan, bununla üzləşsə belə toplumla müharibə edərək haqqını tələb edən insanlar yoxdur? Əlbəttə var.Arxalarınca danışmaqdan başqa nə edə bilir axı o insanlar? Zatən hər kəsin arxasınca danışırlar.Bu kimin qozunadır ki?Önəmli olan özündə o cəsarəti tapıb haqqı insanlardan yox aidiyyatı qurumlardan tələb etməkdir.Zorlanmısansa şantaja boyun əymək yerinə polisə müraciət etməkdir, seksual hərəkətlərə məruz qalmısansa bunun çözüm yolunu qanunla axtarmaqdır.Təcavüzkara qız verərək "ləkə" təmizləmək, ya da qurban olan şəxsi öldürmək çözüm ola bilməz.Çünki, o cani hələ də azadlıqda gəzəcək, cəzasını almadan, etdiyi özbaşınalıqdan heç bir məsuliyyət duymadan sabah minlərlə uşağın, gəncin, qadının həyatını, arzularını məhv edəcək.Sən qız böyüdüb onu döyərək təhlükələrdən uzaq tutmağa çalışdıqca o, sənin qızını gizlin yerlərdə güdəcək, həyatını korladıqdan sonra qızını öldürsən belə, dışlasan belə həmin cinayətkar ikinci qızına, üçüncü qızına, sonra gəlininə, sonra qohumlarına, qonşularına qənim kəsiləcək.Doğub törəyəcək və övladları, nəvələri, sənin nəvələrinə qarşı zorakılıq edəcək.Anlaya bilirsiz bunu? Məndən ötdü deməklə heç nə düzəlməyəcək.

    Siz qanun deyilsiniz.Nə də məhkəmə deyilsiniz.İcazə verin bunu qanun həll etsin.Sizə düşən "qurban"lara dəstək olmaqdır.Onları sevgiylə həyata, cəmiyyətə qazandırmaqdır.Yoxsa bu ölkədə doğulan hər üç uşaqdan biri təcavüzün əsəri olacaq.

суббота, 11 марта 2017 г.

Xəyanətin motivi

    Zənnimcə heyvanlar insanlardan daha xoşbəxtdir.Düşüncə kənardan yaxşı nəsnəyə oxşasa da o, insanların eyni zamanda bədbəxtliyidir.Çünki, şüurlu olan insan, şüurundan istifadə edə bilməyən insanlar, kütlə üçün bir qanun yazır, sərhəd biçir və başlayır kütləni bu yoxuşla üzü aşağı idarə etməyə.
    "Dil" insanlığın bəlasıdır.Heyvanlar bir-birlərinin gözlərinə baxarkən bütün hislərini qarşı tərəfə ötürüb, emosiyalarını bölüşə bildiyi təqdirdə dilin mövcudluğu insanlar arasında süni münasibətlər, müharibələr, uçurumlar yaratdı.Düşündüyünü gizlətmək, onu yalnış təqdim etmək bədbəxtliyi verdi insana.Nəticədə bir-birimizin gözlərimizə baxaraq hislərimizi, nələr düşündüyümüzü bölüşə bilmədik.Sözlərimiz, dilimiz, yalanlarımız inkişaf etdi, səmimiyyət itdi və insanlar uzaqlaşdı bir-birindən.Araya tikanlı məftillər girdi.Vahid bir "dildə" danışmaq varkən 200-dən çox dilin mövcudluğu faktı yarandı.Sonra bu dildən pərgarlar  "kimin dili digərindən üstündür" yarışına başladılar.Bütün kütləyə hansısa biçilmiş doğruları, qaydaları aşılamağa çalışdı.
      İnsan elə bir yaradılışdır ki, onun nə dinə, nə dilə, nə də başqalarının istiqamətinə ehtiyyacı yox idi.Öz müstəqil iradəsi və ağlı onun seçimlərinə işıq salmış olsaydı hər kəs düzgün istiqaməti seçmiş olardı.Lakin biçilmiş qaydalar insanın mənəvi özgürlüyünü aldı əlindən.Hürr iradə, düşüncə azadlığı məhv edildi insanın.İnsanlara "bu yaxşıdır, bu isə pisdir" deyə guya həyat rahatlaşdırıcı qəliblər biçdilər.Amma əksinə insanın həyatını daha da çətinləşdirdilər.Çünki, həmin "yaxşı" və "pis" anlayışı hər istiqamət verəndən asılı olaraq fərqli idi.Vahid deyildi.İnsanlar kimi anlayışlar da, düşüncələr də ziddiyət təşkil edirdi.Nəticədə paradokslar yarandı.Bəs nədir "həqiqətin özü?" Buna insan özü tək başına qərar verməlidir.O,  yaşamalıdır və yaşadığı təcrübələrlə özü müəyyən etməlidir "həqiqəti".
        İnsan azad varlıqdır.Tanrının ruhunun insana üfürülməsi fəlsəfəsinin dibinə varsaq, çürütsək görərik ki, həmin ruh özü insanın vicdani qərarlarla doğru yolu tapmasına yardım edəcəkdir.Əgər kənar təsirlər həmin insanı yalnış istiqamətə sürükləməsələr.Deməli, qadın kişiyə, kişi də qadına  məxsus deyil."Sədaqət, xəyanət, günah, savab, yalnış, doğru, düz, əyri və s" bunların hamısı insanlar tərəfindən uydurulmuş pafozdur.Əslində riyaziyyat birdən başlamır.Bir özü tərkibində ən xırda atomları və zərrəcikləri daşıyırsa, həmin birin içərisində milyonlarla saya bilmədiyimiz hissəciklər hərəkətdədirsə biz o birin bir olduğuna əmin ola bilərik mi? Otaqda beş şezofren xəstəsi ilə tək qalsaq və onların xəstə olduğundan xəbərsiz olsaq və həmin xəstələr inadla bizə yanımızda yeddinci şəxsin də olduğunu sübut etməyə çalışsalar, onunla danışsalar, görə bilmədimiz üçün bizi "xəstə" adlandırsalar o zaman biz öz "xəstə"liyimizdən şübhəyə düşməyəcəyik mi? Həqiqət nədir? İnsanların, kütlənin qəbul etdiyi, kütləyə sırınan yalanlardır.Biz bəs nəyə inanmalıyıq? Öz düşüncəmizə...Əgər biz dəlilərdən ibarət bir cəmiyyətdə yaşayırıqsa və asanlıqla "dəli" damğası yeyiriksə özümüzdən şübhəyə mi düşməliyik yoxsa daxilimizdəki səsə mi qulaq verməliyik?
      Tanrının yaratdığı heç nə, heç kim asılı deyildir.Nə çiçək, nə ağac, nə böcək, nə yırtıcı heyvan, nə də insan.Canlı olan, özü arta bilən bütün orqanizmlər azaddır.Biz bir çiçəyə su veririksə onun sahibi deyilik.Biz sadəcə göz həzzimizi artırmaq üçün çabalayan eqoist varlığıq.Bir ağac əkiriksə o ağac bizim deyil, oksigen tələbatımızı ödəmək üçün çalışan təbiətin parçasıyıq.Heyvanlar da bizim deyil, həşəratlar da bizə məxsus deyil, onları pulla satın ala bilməyimiz kapitalizmin, dolayısı ilə üz qarası insanlığımızın məhsuludur.Bizim sahib olduğumuz şeylər cansız, öz yaratdığımız əşyalardır.Paltarımız, telefonumuz, evimiz, kitabımız...Özünüz anladınız, uzatmıram daha.Biz bu əşyalardan sədaqət gözləyə bilərik.Çünki, onlar canlı deyil.Amma ömrümüzün sonunacan bir insandan bizə sadiq qalmasını, dürüst olmasını, xəyanətlə qarşılaşmayacağımız xəyyalları ilə ovunaraq bizə məhkum olması məcburiyyətini gözləməməliyik.Biz insanları qanunlarla, sənədlərlə,kağızlarla yanımızda saxlamamalıyıq, ayağımıza qandallamamalıyıq, yatağımıza məhkum etməməliyik.İnsanlar istədikləri zaman gedə bilmə özgürlüyü yaşamalıdır.Bunu normal qarşılamalıyıq."Başqa kişi istəyirsən?-buyur get."Başqa qadın arzulayırsan?-get al həvəsini."Başqa dost tapmısan?-gəlsin mən də tanış olum.

     Beləliklə, insanın mənəvi və fiziki varlığının məcburiyyətlər olmadan yaşayacağı bir mühit daha sağlam və stresdən kənar mühit olacaq.İnsanlar bir-birinə vədlər verib, könül qırıqlığı yaşamaq yerinə, təbiətin də onlara bəxş etdiyi hürr iradə sahibinə çevriləcəklər.Əminəm onda həyat daha yaşanılası olacaq.

четверг, 9 марта 2017 г.

Dalına şapalaq

      Əminəm ki, çox insanı düşündürür bizim cəmiyyətin "küçük Əmrah", "kasıb balası", "fəhlə baba", "yazıq dilənçi" halları.Fikir versəniz görərsiniz ki, bütövlükdə Şərq bundan əziyyət çəkir.İşə başlayanda "ya allah", xəyal quranda "inşallah", tərif edəndə "maşallah", çəkinəndə "əstağfüllah", qorxanda "bismillah" kəlmələrinin təbii ki, bir anlamı var.Şərq insanı həmişə fövqəl təbii varlıqdan asılıdır.O, özünə inanmır, bir işi bacarsa da ona Allah yardım edir, bacarmasa da Allah belə məsləhət bilir.Bütün tale yükünü, həyati qərarlarını daim hansısa qüvvələrin məsuliyyəti altına yıxır.Bu bir növ vicdani rahatlamadır.Nəticədə özünü analiz etmə ehtiyyacı duymur, çünki, bu yolu özü seçməyib, "qisməti belə imiş".Mənsə şərq insanından deyil onun timsalında bir azərbaycanlıdan yazacam.Qrupumda xırda bir araşdırma apardım.Məlum oldu ki, fantazyor, seksdən başı çıxan, təcrübəli qadınların əksəriyyəti mazoxistdir.Onlar öz ərlərini yataqda qadını alçaltmağa, döyməyə, sillələməyə, onunla sərt davranmağa məcbur edirlər.Məlum məsələdir ki, fantaziyalarını açıqca dilə gətirə biləcək qadınlar heç vaxt "qolu zorba Mahmud"la ailə qurası deyil.Onlar haqlarını tanıyan,romantik, şiddətdən kənar bir kişi ilə evlənir.Yataqda isə bu romantik fağırın içindən o zombi necə çıxsın axı? Görün, necə bir paradoksdur?! Bizim insanımız, anadan olduğu gündən etibarən, "etmə, eləmə, olmaz, ayıbdı" qadağaları ilə böyüyür.Ən yaxşı halda cəza metodu dalına bir sillə olur.Ən pis halda isə oxlovla, palazçırpanla, nar çubuğu ilə, rezin şəpşəpi ilə döyülərək böyüyən bir uşaqlıq var. "Dərsini niyə oxumamısan?"- danq - bir təpik, "səni çörək almağa göndərmədim?!" -tappp- bir sillə, "ay müəllim, gördün dərsini bilmir bas gözünü çıxart", "gördün səni döyürlər sən də vur"...Nəysə, bunu çox uzatmaq olar.Davamlı bir şiddət var azərbaycanlının həyatında.Fiziki olmasa belə mütləq mənəvi təzyiq vardır.Ata anaya bir qapaz qoyur, ana uşağa iki qapaz qoyur, uşaq özündən balaca qardaşına üç qapaz qoyur, qoyan qoyanadı.Kimin gücü kimə çatır ona qoyur.Qolun zorbası işləməyəndə pulun zorbası işləyir.Amma, ay insan, bir dəfə də ağlının "zorbasından" istifadə et deyən yoxdur.Cəmiyyət qapazla idarə olunur.Sözlə başa salmaq olmur kimsəni çünki, bu bədbəxt anadan olduğu gündən etibarən ancaq qapazaltı olub.Bir söz vare "göz gördüyünü götürər".Ona görə də hər yer öldürərəm, asaram, kəsərəm, vuraram, bayağı halda isə ananı sikərəm, bacını doğuzduraram, atanın başına işəyərəm və s mesajları ilə doludur.Bu söyüş və təhdidlərdən həm orqazm oluruq, həm də keçmişimizi, xarakterimizi, kim olduğumuzu tapmış oluruq.Xülasə, özümüz budur: Ya dalına şapalaq, ya başına qapaz...

среда, 8 марта 2017 г.

Vajinası olan varlıq



    Ailə qurandan sonra daha yaxşı anladım qadının bəsit varlıq olmadığını.Bütün emosional proseslər, təbiətin şıltaq, sirli tərəfləri, həyatın əzablı sinisoid xətti bu varlıqda cəmlənib.Öz bədənimi müşahidə etdikcə təəccüb dolu girdaba düşməyə bilmirəm.Hər ay refresh olunan orqanizm, get-gəlli psixoloji durum və ən əsası yaradıcılıq potensialı...Kaş, o əzabı duya biləydiniz.Kaş bilə-bilə, görə-görə məhv olan bədəniniz, pozulan ruhsal durumunuz və buna qatlaşacaq qədər fədakar bir qəlbiniz olardı.Kaş içinizdə çağlayan hislərinizlə birlikdə bir də sizi həbs etməyə çalışan, aşağılayan, başınıza torba keçirən, bədəninizə iradəniz xaricində sahib olan, istedadlarınızı məhdudlaşdıran, sonra isə sizə "fərsiz, işə yaramaz məxluqat, artıq insan" etiketi yapışdıran cəmiyyətiniz olardı.Təsəvvür etdiniz? Əsrlərdir bununla mübarizə aparmaqdan filosof ola bilmirik.Şeir yaza bilmirik, mahnı bəstələyə bilmirik, sərxoş olana qədər içib küçədə sızıb qala bilmirik, bir barda stolun üstündə soyunaraq rəqs edə bilmirik, sevişərkən çığıra bilmirik, orqazm yaşayanda cırmaq ata bilmirik.Nə edirik? Ömrümüzün sonunacan hansısa qolu zorbanın himayəsində evcil heyvanlar kimi həyat sürməyə çalışırıq.Orqazm olan kimi dalını çevirib yatan bir ərimiz, "nə vaxt ərə gedəssən?" deyə soruşan bir atamız, "başımı aşağı eləmə" təhdidi sovuran bir qardaşımız və ən yaxşı halda "ana, bacı" kimi göründüyümüz bir məmləkətimiz var.İcbari təhsili alan kimi mütləq ali məktəbə qəbul olub, ideal ər axtarışına çıxmaq kimi məqsədimiz var.Ayrı evə çıxa bilmərik, tək yaşaya bilmərik, həyatımız boyunca 2-ci bir kişiylə nigahdan kənar sevişə bilmərik, həmişə dözümlü olmalıyıq, özümüzü istənilən seksual hərəkətlərə qarşı qorumalıyıq.Döşümüzü əlləsələr, dalımıza sürtünsələr, dodağımızı dişləsələr belə ehtiraslanıb təslim ola bilmərik.Ağzımıza boşalsalar, anal dəliyimizi qanadıb, bağırsaqlarımızı töksələr belə bakirəliyimizi qorumalıyıq.Ən dəyərli yerimizdir vaginamız.Onu yalnız el adətiylə gəlin gedən gün iki xalanın şahidliyi ilə partlatmalıyıq.Qətiyyən gözləmək, səbr etmək olmaz.Elə həmin gecə qanlı əsgimizi hər şeyi ayıb sayan nəsil-nəcabətimizə göstərib, özümüzü sübut etməliyik.1 il sonra dərhal doğmalıyıq.Qız olsa oğlan olana kimi, oğlan olsa qız olana kimi doğ ki, doğasan.Sonra düşən bədənimizi bəyənməyib başqa yataqlarda tər tökən ərlərimizi bağışlamalıyıq uşaqlarımıza görə.Uşaqlarımızın qulluqçusu, ərimizin fahişəsi,mətbəximizin aşpazı, tualetimizin domestosu, qonşularımızın "qeybət tənəkəsi", yad kişilərin göz orqazmının vizual obyekti olmalıyıq.Biz bir ömrü vaginamıza verilən "dəyər"lə yaşayıb, həmin dəyəri də elə toy gecəsi itirən məxluqlarıq.Biz qadınıq? Yoxsa qadın vajinası olan məxluqdur? Bəlkə elə biz elə vajinanın özüyük? Axı biz kimik sizin nəzərinizdə? Özüm cavab verim."8 mart"da gül gözləyən, şirin sözə möhtac, həyatını ayaqlarınızın altına sərmiş zavallılarıq.

среда, 22 февраля 2017 г.

Niyə məhz seks?

                           




"SEX" - ingliscədən mənası "cins" olan bu sözün sinonim qarşılığı "gender"-dir.Yəni bəşəriyyət yarandığı gündən etibarən əsrlər boyu təkamül keçərək bu günlərə gəlib çıxmış insanoğlunun var olma səbəbi məhz bu "ayıb" sayılan sözdür.İnsanın təməl içgüdüləri sırasına "yemək","həyatda qalmaq" və "çoxalmaq" aiddir.Biz cəmiyyət olaraq rüşvətə də,insanların haqqına girməyə də,doğru yol olmasına baxmayaraq asan əyri yolu seçməyimizə də həmişə haqq qazandırmağı bacarmışıq.Buna səbəb "həyatda qalma" və "yemək" tələbatımız olub.Lakin çoxalmağı,bu qədər təbii olan prosesi daim aşağılamışıq,eyib görmüşük,naməhrəm saymışıq və qulaqdan kənar saxlamağa çalışmışıq.


 Seksmi? O da nə?


İnkişaf etmiş ölkələrdə uşaqlar cinsi orqanlarını tanıdıqları vaxtdan etibarən onlarla mütəmadi olaraq cinsəllik barədə yaşına uyğun,peşəkar söhbətlər aparılır.Necə ki,əlinizə,gözünüzə,burnunuza başqa adlar taxaraq uşaqlara izah etmirsiniz,eyni zamanda cinsəl orqanlar haqqında da bu cür danışmaq lazımdır.Yeniyetməlik dövrünə qədər zatən uşaqlar cinsiyyət orqanlarından tualet ehtiyyaclarını ödəmək üçün istifadə edirlər.Deməli,onların psixologiyasını yersiz və vaxtsız zamanda cinsəlliklə doldurmaq mənasızdır.Onlara körpə vaxtından cinsəl orqanlarının "ayıb" olduğunu demək,bağlamağa,gizlətməyə çalışmaq uşaqları erkən vaxtda bu orqanlara diqqət etməsinə şərait yaradır.Onlar bu gizliliyi daim araşdırmağa,öyrənməyə çalışırlar nəticədə.Oğlan uşaqlarını böyüdərkən valideynlər bu qaydalara əməl etsə də qız uşaqlarına qarşı bu qədər anlayışlı deyillər.Nəticədə qızlar daima əsassız mənbələrdən qulaqda duyma xəbərlərlə cinsəllik haqqında məlumat toplamağa çalışırlar.Onlar el arasında dəhşətli keçdiyi şayələri gəzən "toy gecəsi","gərdək gecəsi" kimi absurd fikirlərlə böyüyərək gələcəkdə vaginizm xəstəliyindən də əziyyət çəkirlər.Zifah gecəsi gəlinin qorxduğunu görən bəy isə ona psixoloq yardımı lazım olduğunu ağlına gətirmədən öz penisinin qüdrətini qaba-zorba ilə göstərməyə çalışır və sonda cinsəl ilişkidən həzz almayan,iyrənən,bu prosesi yalnız cütləşmə aktı kimi qəbul edən bədbəxt qadınlar meydana gəlir.Bu bədbəxt qadınlar isə öz növbəsində görüb-götürdüyü yalnış tərbiyyəni öz övladlarına miras qoyaraq potensial zombi yaradırlar.Beləliklə,bütün cəmiyyət cahillik girdabından əziyyət çəkir,bədbəxt və mutsuz yaşayır.İçlərində tək-tük xoşbəxtlik,gülücük saçan insanları isə öz kinli düşüncələri,sivri dilləri ilə əzməyə çalışır,onları da öz bataqlıqlarına çəkməyə ciddi cəhd göstərirlər.
    Göründüyü kimi cəmiyyətimizdə çatışmazqlıqların ən başında insanların bilgisizliyi və bundan narahat olmamaqları durur.Əgər "analar" inqilab edərək öz uşaqlarını daha azad böyütsələr,öz həyatlarında olan gərginliyi anlayaraq uşaqları düzgün istiqamətləndirsələr bəlkə də gələcəyimiz daha parlaq ola bilər.Bəlkə də insanlar daha tez-tez bir-birinə gülümsəməyə çalışar.Bəşəriyyətin əsası "sex"dir.İnsanlar sevişərək çoxalırsa,yeni bir fərd qadınla kişinin sevişməsindən yaranırsa nə üçün bu proses "ayıb" sayılmalıdır axı?Niyə öz istəklərini açıq-aşkar söyləyən insanlar cəmiyyətdən təcrid edilməlidir?Danışaraq anlaşsaq daha yaxşı olmazmı?Ən böyük tabularımuz,sərhədlərimiz,qandallarımız düşüncələrimizdədir.Yatağımızı zənginləşdirən isə həmin düşüncələrimizdir.Niyə bunları qırmaqdan başlamayaq ki?Biz inqilabı ilk öncə yatağımızda etməliyik.Ona görə də mənim növbəti seks motivli yazılarıma hazır olun...
İnsanlaİ

Məni izlə

Statistika