Сообщения

Сообщения за Февраль, 2017

Niyə məhz seks?

Изображение
"SEX" - ingliscədən mənası "cins" olan bu sözün sinonim qarşılığı "gender"-dir.Yəni bəşəriyyət yarandığı gündən etibarən əsrlər boyu təkamül keçərək bu günlərə gəlib çıxmış insanoğlunun var olma səbəbi məhz bu "ayıb" sayılan sözdür.İnsanın təməl içgüdüləri sırasına "yemək","həyatda qalmaq" və "çoxalmaq" aiddir.Biz cəmiyyət olaraq rüşvətə də,insanların haqqına girməyə də,doğru yol olmasına baxmayaraq asan əyri yolu seçməyimizə də həmişə haqq qazandırmağı bacarmışıq.Buna səbəb "həyatda qalma" və "yemək" tələbatımız olub.Lakin çoxalmağı,bu qədər təbii olan prosesi daim aşağılamışıq,eyib görmüşük,naməhrəm saymışıq və qulaqdan kənar saxlamağa çalışmışıq.

Seksmi? O da nə?


İnkişaf etmiş ölkələrdə uşaqlar cinsi orqanlarını tanıdıqları vaxtdan etibarən onlarla mütəmadi olaraq cinsəllik barədə yaşına uyğun,peşəkar söhbətlər aparılır.Necə ki,əlinizə,gözünüzə,burnunuza başqa adlar taxaraq uşaqlara izah etmirsi…

Tikilmişlərdənsinizmi?

Изображение
Tikilmişlərdənsinizmi? 

Bu yaxınlarda qadın qruplarının birində fəryad dolu yazı oxudum.”Qızlar, toyuma az qalıb, nişanlım mental dəyərlərə üstünlük verən biridir, lakin, ondan qabaq münasibətdə olduğum sevgilimlə öz istəyimlə cinsi əlaqədə olmuşam.Müəyyən vaxt sonra məni toydan qabaq ona fiziki təslim olmaqda günahlandıraraq ayrılıb,bakirə qızla ailə həyatı qurdu.Vəziyyəti nişanlıma izah edə bilmərəm çünki, qəbul etməyəcək.Mənə bakirəliyi bərpa edə bilən həkim məsləhət görün.”
Yazıya gələn şərhlər haqqında danışmayacam, bunları çox adam bilir.Mən səbəblər və gətirdiyi nəticələr haqqında yazacağam.





     Məlum məsələdir ki, əsrlər boyu şərq xalqları, o cümlədən də bizim insanlarımız bakirəliyə çox önəm verən, bunu qızın atasının, qardaşının, erkək qohumlarının, evləndikdən sonra isə ərinin namusu hesab edirlər.El adəti ilə gəlin köçmədən, molla kəbini olmadan, dövlət nigahı bağlanmadan cinsi münasibət yaşayan bütün kişilər “baz oğlan”, qadınlar isə “əxlaqsız fahişə” adlandırılır.Məncə,  m…