среда, 22 февраля 2017 г.

Niyə məhz seks?

                           




"SEX" - ingliscədən mənası "cins" olan bu sözün sinonim qarşılığı "gender"-dir.Yəni bəşəriyyət yarandığı gündən etibarən əsrlər boyu təkamül keçərək bu günlərə gəlib çıxmış insanoğlunun var olma səbəbi məhz bu "ayıb" sayılan sözdür.İnsanın təməl içgüdüləri sırasına "yemək","həyatda qalmaq" və "çoxalmaq" aiddir.Biz cəmiyyət olaraq rüşvətə də,insanların haqqına girməyə də,doğru yol olmasına baxmayaraq asan əyri yolu seçməyimizə də həmişə haqq qazandırmağı bacarmışıq.Buna səbəb "həyatda qalma" və "yemək" tələbatımız olub.Lakin çoxalmağı,bu qədər təbii olan prosesi daim aşağılamışıq,eyib görmüşük,naməhrəm saymışıq və qulaqdan kənar saxlamağa çalışmışıq.


 Seksmi? O da nə?


İnkişaf etmiş ölkələrdə uşaqlar cinsi orqanlarını tanıdıqları vaxtdan etibarən onlarla mütəmadi olaraq cinsəllik barədə yaşına uyğun,peşəkar söhbətlər aparılır.Necə ki,əlinizə,gözünüzə,burnunuza başqa adlar taxaraq uşaqlara izah etmirsiniz,eyni zamanda cinsəl orqanlar haqqında da bu cür danışmaq lazımdır.Yeniyetməlik dövrünə qədər zatən uşaqlar cinsiyyət orqanlarından tualet ehtiyyaclarını ödəmək üçün istifadə edirlər.Deməli,onların psixologiyasını yersiz və vaxtsız zamanda cinsəlliklə doldurmaq mənasızdır.Onlara körpə vaxtından cinsəl orqanlarının "ayıb" olduğunu demək,bağlamağa,gizlətməyə çalışmaq uşaqları erkən vaxtda bu orqanlara diqqət etməsinə şərait yaradır.Onlar bu gizliliyi daim araşdırmağa,öyrənməyə çalışırlar nəticədə.Oğlan uşaqlarını böyüdərkən valideynlər bu qaydalara əməl etsə də qız uşaqlarına qarşı bu qədər anlayışlı deyillər.Nəticədə qızlar daima əsassız mənbələrdən qulaqda duyma xəbərlərlə cinsəllik haqqında məlumat toplamağa çalışırlar.Onlar el arasında dəhşətli keçdiyi şayələri gəzən "toy gecəsi","gərdək gecəsi" kimi absurd fikirlərlə böyüyərək gələcəkdə vaginizm xəstəliyindən də əziyyət çəkirlər.Zifah gecəsi gəlinin qorxduğunu görən bəy isə ona psixoloq yardımı lazım olduğunu ağlına gətirmədən öz penisinin qüdrətini qaba-zorba ilə göstərməyə çalışır və sonda cinsəl ilişkidən həzz almayan,iyrənən,bu prosesi yalnız cütləşmə aktı kimi qəbul edən bədbəxt qadınlar meydana gəlir.Bu bədbəxt qadınlar isə öz növbəsində görüb-götürdüyü yalnış tərbiyyəni öz övladlarına miras qoyaraq potensial zombi yaradırlar.Beləliklə,bütün cəmiyyət cahillik girdabından əziyyət çəkir,bədbəxt və mutsuz yaşayır.İçlərində tək-tük xoşbəxtlik,gülücük saçan insanları isə öz kinli düşüncələri,sivri dilləri ilə əzməyə çalışır,onları da öz bataqlıqlarına çəkməyə ciddi cəhd göstərirlər.
    Göründüyü kimi cəmiyyətimizdə çatışmazqlıqların ən başında insanların bilgisizliyi və bundan narahat olmamaqları durur.Əgər "analar" inqilab edərək öz uşaqlarını daha azad böyütsələr,öz həyatlarında olan gərginliyi anlayaraq uşaqları düzgün istiqamətləndirsələr bəlkə də gələcəyimiz daha parlaq ola bilər.Bəlkə də insanlar daha tez-tez bir-birinə gülümsəməyə çalışar.Bəşəriyyətin əsası "sex"dir.İnsanlar sevişərək çoxalırsa,yeni bir fərd qadınla kişinin sevişməsindən yaranırsa nə üçün bu proses "ayıb" sayılmalıdır axı?Niyə öz istəklərini açıq-aşkar söyləyən insanlar cəmiyyətdən təcrid edilməlidir?Danışaraq anlaşsaq daha yaxşı olmazmı?Ən böyük tabularımuz,sərhədlərimiz,qandallarımız düşüncələrimizdədir.Yatağımızı zənginləşdirən isə həmin düşüncələrimizdir.Niyə bunları qırmaqdan başlamayaq ki?Biz inqilabı ilk öncə yatağımızda etməliyik.Ona görə də mənim növbəti seks motivli yazılarıma hazır olun...
İnsanlaİ

Комментариев нет:

Отправить комментарий

Məni izlə

Statistika