Tikilmişlərdənsinizmi?

Tikilmişlərdənsinizmi? 

     Bu yaxınlarda qadın qruplarının birində fəryad dolu yazı oxudum.”Qızlar, toyuma az qalıb, nişanlım mental dəyərlərə üstünlük verən biridir, lakin, ondan qabaq münasibətdə olduğum sevgilimlə öz istəyimlə cinsi əlaqədə olmuşam.Müəyyən vaxt sonra məni toydan qabaq ona fiziki təslim olmaqda günahlandıraraq ayrılıb,bakirə qızla ailə həyatı qurdu.Vəziyyəti nişanlıma izah edə bilmərəm çünki, qəbul etməyəcək.Mənə bakirəliyi bərpa edə bilən həkim məsləhət görün.”
Yazıya gələn şərhlər haqqında danışmayacam, bunları çox adam bilir.Mən səbəblər və gətirdiyi nəticələr haqqında yazacağam.


    


    

     Məlum məsələdir ki, əsrlər boyu şərq xalqları, o cümlədən də bizim insanlarımız bakirəliyə çox önəm verən, bunu qızın atasının, qardaşının, erkək qohumlarının, evləndikdən sonra isə ərinin namusu hesab edirlər.El adəti ilə gəlin köçmədən, molla kəbini olmadan, dövlət nigahı bağlanmadan cinsi münasibət yaşayan bütün kişilər “baz oğlan”, qadınlar isə “əxlaqsız fahişə” adlandırılır.Məncə,  məsələnin kökü məhz elə burdadır.Tibbi cəhətdən araşdırdığım qədəri ilə “qızlıq pərdəsi” adlandırdığımız bu fövqəl bəşəri əhəmiyyət daşıdığını düşündüyünüz nəsnə əslində qız uşaqlarının anal dövrünə qədər vaginanı və digər cinsiyyət orqanlarını infeksiyadan qoruma funksiyası daşıyır.Anal dönəmdən sonra isə tamamilə öz funksiyasını itirərək lazımsız bir adətin alətinə çevrilir.Kişilər (axı partriarxal cəmiyyətdə yaşayırıq) bu sirrə agah olduqdan sonra öz hegemonluqlarını təsdiqləmək, eqolarını orqazma çatdırmaq üçün bu “pərdədən” təmizlik simvolu kimi istifadə ediblər.Ancaq bunun qurbanları yenə də qadınlar oldular.Mən qətiyyən bakirə olanları, buna dəyər verənləri qınamıram.Lakin, ifrat pərəstiş hissi, müqəddəslik sindromu insanların həyatına bais olduğu üçün bu düşüncələrin məhv olmasına çalışıram.Əvvəla məlum məsələdir ki, qadağalar və cəzalar heç vaxt əlverişli üsul deyil.Ola bilər cəmiyyətdə kütləni bu cür idarə etsinlər.Lakin “mövcud olan haqdır” deyə bilmərik.İnsanlara hürr iradə, seçim azadlığı verildiği təqdirdə onlar daha şüurlu və məntiqli seçimlər etməyə başlayır nəinki ətrafı qəfəslərlə dolu olan mühitdə.O qədər dostlarım var ki, qadınlı, kişili ailələri şəxsi həyatlarına qarışmayan, kiminlə nə yaşadığına burnunu soxmayan...Amma hələ də bakir və bakirədirlər.Səbəbini soruşduğumda deyirlər “hələ kiməsə vurulmamışam” Bəli, bu məntiqli qərardır.Məgər Avropada, Amerikada bakirə yoxdur? Onlarda bütün uşaqlar bicdir? Qadınlar səhər evdən çıxdığı an etibarı ilə gördüyü bütün kişilərlə sevişir? Əlbəttə yox!Bəs bu absurd fikir hardandır? “Siz bakirə olmayanlara haqq qazandırırsınız, deməli, əxlaqsızlığı yayırsınız.Bakirəliyi qorumasınlar bəs hər gələnə versinlər?”Pəhhhh.Suala baxın.Bakirəliyi qorumadınsa deməli, hamıya paylamalısan, bələdiyyə torpağıdır axı, hər kəsin haqqı var )))






     Əmin olun ki, nə anal sekslə, nə oral sekslə məşğul olan,nə də bakirəliyi bərpa olunmuş qızı müəyyən etmək mümkün deyil.Üstəlik, bunu edən peşəkar həkimlə işləyib və yalan danışmaqda mahirdirsə...Kişiləri aldatmaq o qədər asandır ki...Vallah, babamın goru, inanın sözümə, lap 100 ilin qadın tanıyanı olun, başınız ömrü dövrünüzdə 2 ayağın arasından çıxmamış olsa belə yenə də bunu müəyyən edə bilməyəcəksiniz.Axı siz 12 il tibb oxumamısınız.Deməli, 2 variant qalır.Ya penisinizi bağlayacaqsınız ayağınıza ki, hamılıqla hansısa qadına meyl salıb onu yatağa atmayasınız.Nəticədə,bütün qadınlar sizə kimi bakirə qala bilsinlər.Yox, deyirsinizsə "biz bacarmarıq" deməli, bunları normal qəbul edəcəksiniz ki, bütün həyat qayəsi ərə getmək olan Azərbaycan qadını planını həyata keçirtmək üçün sizə badalaq gəlməsin, ayaq üstə yatırtmasın sizi.Nə qədər ki, qadınları min bir dil tökərək yatağa atıb, sonra əli oğlan əlinə dəyməmiş, təcrübəsiz qızlarla ailə həyatı quracaqsınız, o müddətdə əliniz cibinizdə şişko-şişko gəzərkən xanımınızın keçmişindən bixəbər olaraq yaşayacaqsınız.Bu gün ginekoloqların ən çox pərdə tikmək və uşaq abort etməklə məşğul olmalarının səbəbi sizin səmimiyyətdən sui istifadə etməyinizdir.Qadınlar sizə “mən bakirə deyiləm, lakin səni sevirəm” dedikdə ağlınıza ilk olaraq “aha, yolu açıqdır, deməli,mənlikdir”gəlir ancaq,öz çirkin, iyrənc məqsədlərinizi həyata keçirtmək üçün boğazdan yuxarı yüzlərlə söz tükədirsiniz.Bəs bunları görən, bilən, yaşayan qadınlar niyə sizə qarşı səmimi olmalıdırlar? Niyə yalan danışmamalıdırlar?Oğlunun başqa qadınlarla əylənməsindən keyif alan ana niyə hər şeydən xəbərsiz, evinə bakirə bildiyi lakin tikilmiş gəlin gətirməsin ki? Həyat bumeranq deyil? Demirdiniz ki, insanın vicdanı olar? Ədalətli olar? Alın da sizə ədaləti...Ətrafınıza yaxşı-yaxşı baxın.Görün tikilmişlərdənsinizmi? Bəziləri pərdələrini tikdirəndə çoxları tikik beyinlə, tikik düşüncəylə gəzir.Mən şəxsən onlardan daha çox qorxuram.



Комментарии

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Hamiləliyin ilk trimestri

Ayıb nədir?