Сообщения

Сообщения за Март, 2017

İntihar haqda yazı

Nə vaxtsa intihar etmək istəsəm Şopenin musiqisini dinləyərək, artıq dozada antidepresant qəbul edəcəm.Bədənimi o qədər sevirəm ki, onun nə qana bulaşmasını, nə yanmasını, nə sınmasını, nə də zədə görməsini istəmirəm.Məni insanlar ən yaxşı halımla xatırlayacaqlar.Dırnaqlarım manikurlu, saçım səliqəli, bədənimdən gül qoxusu gələcək, gözlərimi yumub yuxuya gedərcəsinə öləcəm.Qulaqlarım ən son ən sevdiyim bəstəkarın musiqilərini eşitsin istəyərəm.Yanımda Nitşenin kitablarından birini qoyacam.Ölümümdən sonra hamı drammatikləşdirəcək olayı.Ona görə heç bir məktub qoymadan, izah etmədən, kimdənsə bağışlanacağımı gözləmədən çıxıb gedəcəm.
      Banka borcum olsa, qalmağa evim olmasa, cəmiyyət məni dışlasa, daşa tutsa, ailəm dağılsa  hətta balam "sən pis anasan" desə belə ölümü düşünmərəm.Mən ölümü ancaq məişətdən kənarlaşanda düşünürəm.Fikirlərimdəki dibə vurma, anlaşmazlıq, doyumluluq  elə bir həddə çatır ki, o an düşünürəm ki, tək həzz alacağım proses qalıb mənimçün həyatda.H…

Hamiləliyin ilk trimestri

Yuxudan durursan davamlı bir ürəkbulanma.Mətbəxə keçən kimi dərhal 3-4 dəfə dalbadal öyümədən sonra tualetə qaçmaq məcburiyyətindəsən.Bəzən çatdıra bilmirsən, əlinlə ağzını tutursan yerə tökülməsin deyə.Bir neçə dəfə buna görə paltarlarını batırırsan.Sonra unitazın içinə böyürə-böyürə qusursan.Hər dəfə öyüyəndə bütün bədənin çəkilir.Ayaq dırnaqlarına kimi hiss edirsən bədənindəki mayenin çölə axmasını.Öyüməkdən boğazında kapliyarlar partdayır.Çöküb oturursan unitazın kənarında, qolların ordan asılı qalırsan.Qusandan sonra "qan tüpürmə" mərhələsi gəlir.Yediyin qidanın acılığı, mədənin şirəsi, üstəlik yaralı boğaz-bunlar bütün şəkildə iliklərinə kimi göynədir səni.Hər dəfə qusduqca bu halına baxıb əsəbdən ağlamamaq, üsyan etməmək, dibə vurmamaq mümkün deyil.Göz yaşı qarışıq qusmağa bulaşmış bədənini güc-bəla duşa soxursan.İsti su axdıqca təmizləndiyini düşünürsən.Amma keçmir.Çünki, sabah bu yenə təkrarlanacaq.Sən yenə bu hadisələri təkrar yaşayacaqsan.Duşdan halsız halın…

Zorlama yoxsa "nakazaniya"?

Əsgərlikdə, meşədə zorlanan, etdiyi hər hansı bir hərəkətinə görə "nakazaniya" edilən kişilərdən, oğlanlardan, yeniyetmə oğlan uşaqlarından xəbəriniz var yəqin ki.Hətta Azərbaycanda da şahidi olmuşam, həbsxanada müəyyən səbəblərdən həbsə düşəni bütün kalon zorlama haqqı qazanır.Kimsə onları "təcavüzə" görə yarğılamayacaq.Əgər mənim pulum varsa və  hansısa oğlanın şərlənib həbsə salınmasında vasitəçi olmuşamsa bircə dezinformasiya yaymağım kifayətdir ki, bütün həbsxana əhli onun anal dəliyindən bağırsaqlarını tökənə qədər ona təcavüz etsin.Bunun həqiqət olub-olmaması ilə kimsə maraqlanmır.Çünki, qadınsızlıqdan əziyyət çəkən toplum üçün bəhanə lazımdır kiminləsə lap qeyri- təbii cinsi əlaqəyə girsin.
      Sonra tutaq hansısa oğlan kiminsə bacısına sataşır ya da söz atır.Bacı gedib evdə qolu zorba qardaşlarına bunu deyir, qardaşlar isə oğlanı meşəyə aparıb onu "nakazat" edirlər, yəni seksual hərəkətlər, qeyri-təbii yolla cinsi əlaqə, hətta bura oğlan…

Xəyanətin motivi

Zənnimcə heyvanlar insanlardan daha xoşbəxtdir.Düşüncə kənardan yaxşı nəsnəyə oxşasa da o, insanların eyni zamanda bədbəxtliyidir.Çünki, şüurlu olan insan, şüurundan istifadə edə bilməyən insanlar, kütlə üçün bir qanun yazır, sərhəd biçir və başlayır kütləni bu yoxuşla üzü aşağı idarə etməyə.
    "Dil" insanlığın bəlasıdır.Heyvanlar bir-birlərinin gözlərinə baxarkən bütün hislərini qarşı tərəfə ötürüb, emosiyalarını bölüşə bildiyi təqdirdə dilin mövcudluğu insanlar arasında süni münasibətlər, müharibələr, uçurumlar yaratdı.Düşündüyünü gizlətmək, onu yalnış təqdim etmək bədbəxtliyi verdi insana.Nəticədə bir-birimizin gözlərimizə baxaraq hislərimizi, nələr düşündüyümüzü bölüşə bilmədik.Sözlərimiz, dilimiz, yalanlarımız inkişaf etdi, səmimiyyət itdi və insanlar uzaqlaşdı bir-birindən.Araya tikanlı məftillər girdi.Vahid bir "dildə" danışmaq varkən 200-dən çox dilin mövcudluğu faktı yarandı.Sonra bu dildən pərgarlar  "kimin dili digərindən üstündür" yarışına b…

Dalına şapalaq

Əminəm ki, çox insanı düşündürür bizim cəmiyyətin "küçük Əmrah", "kasıb balası", "fəhlə baba", "yazıq dilənçi" halları.Fikir versəniz görərsiniz ki, bütövlükdə Şərq bundan əziyyət çəkir.İşə başlayanda "ya allah", xəyal quranda "inşallah", tərif edəndə "maşallah", çəkinəndə "əstağfüllah", qorxanda "bismillah" kəlmələrinin təbii ki, bir anlamı var.Şərq insanı həmişə fövqəl təbii varlıqdan asılıdır.O, özünə inanmır, bir işi bacarsa da ona Allah yardım edir, bacarmasa da Allah belə məsləhət bilir.Bütün tale yükünü, həyati qərarlarını daim hansısa qüvvələrin məsuliyyəti altına yıxır.Bu bir növ vicdani rahatlamadır.Nəticədə özünü analiz etmə ehtiyyacı duymur, çünki, bu yolu özü seçməyib, "qisməti belə imiş".Mənsə şərq insanından deyil onun timsalında bir azərbaycanlıdan yazacam.Qrupumda xırda bir araşdırma apardım.Məlum oldu ki, fantazyor, seksdən başı çıxan, təcrübəli qadınların əksəri…

Vajinası olan varlıq

Изображение
Ailə qurandan sonra daha yaxşı anladım qadının bəsit varlıq olmadığını.Bütün emosional proseslər, təbiətin şıltaq, sirli tərəfləri, həyatın əzablı sinisoid xətti bu varlıqda cəmlənib.Öz bədənimi müşahidə etdikcə təəccüb dolu girdaba düşməyə bilmirəm.Hər ay refresh olunan orqanizm, get-gəlli psixoloji durum və ən əsası yaradıcılıq potensialı...Kaş, o əzabı duya biləydiniz.Kaş bilə-bilə, görə-görə məhv olan bədəniniz, pozulan ruhsal durumunuz və buna qatlaşacaq qədər fədakar bir qəlbiniz olardı.Kaş içinizdə çağlayan hislərinizlə birlikdə bir də sizi həbs etməyə çalışan, aşağılayan, başınıza torba keçirən, bədəninizə iradəniz xaricində sahib olan, istedadlarınızı məhdudlaşdıran, sonra isə sizə "fərsiz, işə yaramaz məxluqat, artıq insan" etiketi yapışdıran cəmiyyətiniz olardı.Təsəvvür etdiniz? Əsrlərdir bununla mübarizə aparmaqdan filosof ola bilmirik.Şeir yaza bilmirik, mahnı bəstələyə bilmirik, sərxoş olana qədər içib küçədə sızıb qala bilmirik, bir barda stolun üstündə so…