Hamiləliyin ilk trimestri

      Yuxudan durursan davamlı bir ürəkbulanma.Mətbəxə keçən kimi dərhal 3-4 dəfə dalbadal öyümədən sonra tualetə qaçmaq məcburiyyətindəsən.Bəzən çatdıra bilmirsən, əlinlə ağzını tutursan yerə tökülməsin deyə.Bir neçə dəfə buna görə paltarlarını batırırsan.Sonra unitazın içinə böyürə-böyürə qusursan.Hər dəfə öyüyəndə bütün bədənin çəkilir.Ayaq dırnaqlarına kimi hiss edirsən bədənindəki mayenin çölə axmasını.Öyüməkdən boğazında kapliyarlar partdayır.Çöküb oturursan unitazın kənarında, qolların ordan asılı qalırsan.Qusandan sonra "qan tüpürmə" mərhələsi gəlir.Yediyin qidanın acılığı, mədənin şirəsi, üstəlik yaralı boğaz-bunlar bütün şəkildə iliklərinə kimi göynədir səni.Hər dəfə qusduqca bu halına baxıb əsəbdən ağlamamaq, üsyan etməmək, dibə vurmamaq mümkün deyil.Göz yaşı qarışıq qusmağa bulaşmış bədənini güc-bəla duşa soxursan.İsti su axdıqca təmizləndiyini düşünürsən.Amma keçmir.Çünki, sabah bu yenə təkrarlanacaq.Sən yenə bu hadisələri təkrar yaşayacaqsan.Duşdan halsız halınla çıxıb qurulanmağa belə enerji tapmırsan.Saçın yaş, bədənin çılpaq saatlarca oturub bir nöqtəyə baxmaq istəyirsən ancaq.Özündə bir təhər güc tapıb geyinməyə çalışırsan.Yadına düşür ki, bədənini kremləməlisən.Çünki, artan çəkin dərində çatlaqlar yaradır.Yağla baldırlarını, poponu, döşlərini, qarnını massaj etməsən doğuşdan sonra bərbad bir bədənlə baş-başa qalacaqsan.Güzgüyə yaxınlaşıb şişmiş gözlərini, dodaqlarını, burnunu görürsən.Bir də korlanmış dərini.Əvvəlki təmiz, gözəl, hamar dərini iri şişkolar, irinli yaralar basıb.İmmun sistemin zəiflədiyi üçün dərindəki stafilakoklar artıb və sən heç nə edə bilməzsən, çünki, yeganə çarəsi antibiotik qəbuludur.Bu isə uşağının sağlamlığına ciddi təsir edə bilər.Səbr etməkdən başqa çarənin olmadığını görürsən, bu prosedurları başa vurub iştahsız halınla nə yeyəcəyini düşünürsən.Çoxlu vitamin qəbul etməlisən, sakit olmalısan, əsəbləşməməlisən, daim gülməlisən amma bacarmırsan.Çünki, ətrafda "əşi, hamıda belə olur da, tək doğan sən deyilsən ki, bir az realist ol, keçəcək də" deyə mənasız təskinlik verən onlarla insanın əhatəsindəsən.Avtobusa minirsən ürəyin qalxır, biri yanında yemək yeyir alıb başına çırpmaq istəyirsən, metroya düşürsən hələ bilinməyən qarnın kimsənin vecinə olmur, basabasda itələşən xalalar, əmilər çox rahatlıqla qarnına zərbə vura bilərlər.Sənsə çığırmamaq, "mən hamiləyəm" deyə bağırmamaq üçün özünü zorla saxlayırsan.
    Hələ bir də bu günlərin gecəsi var.Mıxı duran ərinin ehtiyyaclarını ödəmək var.Sən halsızsan, seks istəmirsən, canının hayına qalmısan, uşağına görə narahatsan, hətta zəif immun sisteminə görə infeksiyalar dörd gözlə körpənə ziyan vurmaq üçün gözləyir, lakin, mıxı əlində qalan ərin "yanıram, axı mən kişiyəm, necə dözüm?" atmacaları ilə sənin bütün olan-qalan qadınlıq hislərini də öldürür.O qədər deyinir, o qədər giley edir ki, axırda "canım cəhənnəmə" deyib elə ancaq şalvarını aşağı çəkib prosesin bitməsini gözləyirsən.Heç bir həzz almadan, əksinə, ikrah doğuran hislərlə bir neçə dəqiqə sürən prosesdən sonra sənə qalan təkrar gedib çimmək, kremlənmək, qurulanmaq və nə yeyəcəyini düşünmək qalır...

Комментарии

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Fantaziyalar

Basdırılmış arzular