İntihar haqda yazı

    Nə vaxtsa intihar etmək istəsəm Şopenin musiqisini dinləyərək, artıq dozada antidepresant qəbul edəcəm.Bədənimi o qədər sevirəm ki, onun nə qana bulaşmasını, nə yanmasını, nə sınmasını, nə də zədə görməsini istəmirəm.Məni insanlar ən yaxşı halımla xatırlayacaqlar.Dırnaqlarım manikurlu, saçım səliqəli, bədənimdən gül qoxusu gələcək, gözlərimi yumub yuxuya gedərcəsinə öləcəm.Qulaqlarım ən son ən sevdiyim bəstəkarın musiqilərini eşitsin istəyərəm.Yanımda Nitşenin kitablarından birini qoyacam.Ölümümdən sonra hamı drammatikləşdirəcək olayı.Ona görə heç bir məktub qoymadan, izah etmədən, kimdənsə bağışlanacağımı gözləmədən çıxıb gedəcəm.
      Banka borcum olsa, qalmağa evim olmasa, cəmiyyət məni dışlasa, daşa tutsa, ailəm dağılsa  hətta balam "sən pis anasan" desə belə ölümü düşünmərəm.Mən ölümü ancaq məişətdən kənarlaşanda düşünürəm.Fikirlərimdəki dibə vurma, anlaşmazlıq, doyumluluq  elə bir həddə çatır ki, o an düşünürəm ki, tək həzz alacağım proses qalıb mənimçün həyatda.Hamiləlikdən qabaq da belə idim.Analığı dadmadan, bu hissin fəlsəfəsinə varmadan ölmək istəməmişdim.Bir növ son dayanacaqdan qabağa əlavə dayanacaqlar artırdım.Amma sadəcə vaxtı uzatdım.Mənim yazdıqlarımı çoxunuz anlamırsınız.Çünki, Vətən uğrunda "şəhid" olmağı, din uğrunda "cihadçı" olmağı, hətta xalq uğrunda "qəhrəman" olmağı qəbul edən toplum həqiqət uğrunda "üsyankar" olmağı qəbul edə bilməz.Axı bu anlayışların digərləri kimi intihardan nə fərqi var? Məhz kütlənin sizə təqdim etdiyi "həqiqət"lərə görə intihar edəndə dahamı məsum olursunuz? Qonşunuzu öldürsəniz qatil olacaqkən səngərdə "düşmən" öldürərkən niyə özünüzü "qatil" hesab etmirsinizsə elə bu səbəbdən intihar edənləri anlaya bilmirsiniz.
     Biz uşaq olanda yığışıb top oynayardıq.Topun sahibi oyunda kimlərin oynamağını istəyirdisə onları seçərdi.Sonra "seçilmişlər" o "sahibkara" gah yaltaqlanardı, gah bir-birinə badalaq gələrdi qalib gəlmək üçün, dürüst oynayanı məğlub hesab edərdilər "topun sahibinin dostu" ilə qarşılaşanda.Bir də görərdin o uşaq bozarmış halda oyunu tərk edir.Daha mən oynamıram, "topunuz başınıza dəysin" deyərcəsinə çıxır oyundan.Məğrur, qürurlu, cəsarətli, başı dik.Nə fərqi var arxasından nələr danışırlar? Ya da onu bir də oyuna almayacaqlar? İntihar da belədir.Öz iradəmizdən asılı olmadan gəldiyimiz həyata, yaradana, təbiətə qarşı üsyanımızdır. "Mənimçün biçilən ömrü bəyənmədim, xoşuma gəlməyən dünyada yaşamaq prinsiplərimə ziddir" deyərcəsinə tərk edir dünyanı.Bundan daha təbii nə ola bilər ki? Keçmiş əlimizdə deyil amma gələcək ki, əlimizdədir.Niyə də son verməyək hər şeyə? 

Комментарии

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Hamiləliyin ilk trimestri

Ayıb nədir?