Vajinası olan varlıq



    Ailə qurandan sonra daha yaxşı anladım qadının bəsit varlıq olmadığını.Bütün emosional proseslər, təbiətin şıltaq, sirli tərəfləri, həyatın əzablı sinisoid xətti bu varlıqda cəmlənib.Öz bədənimi müşahidə etdikcə təəccüb dolu girdaba düşməyə bilmirəm.Hər ay refresh olunan orqanizm, get-gəlli psixoloji durum və ən əsası yaradıcılıq potensialı...Kaş, o əzabı duya biləydiniz.Kaş bilə-bilə, görə-görə məhv olan bədəniniz, pozulan ruhsal durumunuz və buna qatlaşacaq qədər fədakar bir qəlbiniz olardı.Kaş içinizdə çağlayan hislərinizlə birlikdə bir də sizi həbs etməyə çalışan, aşağılayan, başınıza torba keçirən, bədəninizə iradəniz xaricində sahib olan, istedadlarınızı məhdudlaşdıran, sonra isə sizə "fərsiz, işə yaramaz məxluqat, artıq insan" etiketi yapışdıran cəmiyyətiniz olardı.Təsəvvür etdiniz? Əsrlərdir bununla mübarizə aparmaqdan filosof ola bilmirik.Şeir yaza bilmirik, mahnı bəstələyə bilmirik, sərxoş olana qədər içib küçədə sızıb qala bilmirik, bir barda stolun üstündə soyunaraq rəqs edə bilmirik, sevişərkən çığıra bilmirik, orqazm yaşayanda cırmaq ata bilmirik.Nə edirik? Ömrümüzün sonunacan hansısa qolu zorbanın himayəsində evcil heyvanlar kimi həyat sürməyə çalışırıq.Orqazm olan kimi dalını çevirib yatan bir ərimiz, "nə vaxt ərə gedəssən?" deyə soruşan bir atamız, "başımı aşağı eləmə" təhdidi sovuran bir qardaşımız və ən yaxşı halda "ana, bacı" kimi göründüyümüz bir məmləkətimiz var.İcbari təhsili alan kimi mütləq ali məktəbə qəbul olub, ideal ər axtarışına çıxmaq kimi məqsədimiz var.Ayrı evə çıxa bilmərik, tək yaşaya bilmərik, həyatımız boyunca 2-ci bir kişiylə nigahdan kənar sevişə bilmərik, həmişə dözümlü olmalıyıq, özümüzü istənilən seksual hərəkətlərə qarşı qorumalıyıq.Döşümüzü əlləsələr, dalımıza sürtünsələr, dodağımızı dişləsələr belə ehtiraslanıb təslim ola bilmərik.Ağzımıza boşalsalar, anal dəliyimizi qanadıb, bağırsaqlarımızı töksələr belə bakirəliyimizi qorumalıyıq.Ən dəyərli yerimizdir vaginamız.Onu yalnız el adətiylə gəlin gedən gün iki xalanın şahidliyi ilə partlatmalıyıq.Qətiyyən gözləmək, səbr etmək olmaz.Elə həmin gecə qanlı əsgimizi hər şeyi ayıb sayan nəsil-nəcabətimizə göstərib, özümüzü sübut etməliyik.1 il sonra dərhal doğmalıyıq.Qız olsa oğlan olana kimi, oğlan olsa qız olana kimi doğ ki, doğasan.Sonra düşən bədənimizi bəyənməyib başqa yataqlarda tər tökən ərlərimizi bağışlamalıyıq uşaqlarımıza görə.Uşaqlarımızın qulluqçusu, ərimizin fahişəsi,mətbəximizin aşpazı, tualetimizin domestosu, qonşularımızın "qeybət tənəkəsi", yad kişilərin göz orqazmının vizual obyekti olmalıyıq.Biz bir ömrü vaginamıza verilən "dəyər"lə yaşayıb, həmin dəyəri də elə toy gecəsi itirən məxluqlarıq.Biz qadınıq? Yoxsa qadın vajinası olan məxluqdur? Bəlkə elə biz elə vajinanın özüyük? Axı biz kimik sizin nəzərinizdə? Özüm cavab verim."8 mart"da gül gözləyən, şirin sözə möhtac, həyatını ayaqlarınızın altına sərmiş zavallılarıq.

Комментарии

  1. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  2. digerinde sanki size qadin kimi hormet qoyulacaq ozunuz bilirsiniz qerbdeki qadin azad olabiler ama onu da vaginasina gore deyer veriller eslinde istifade edib atirlar....qadın mence harda olursa olsun umumi sisteme qarsi qadin birliyi olmadi ucun hemise bele olacaq...bu gun sen gelinsen ama sabah qayinana onanda gelinin basina oyun acassan ...dedovsinani siz qadinlar ozunuz yaratmisiniz...yenge de ozunuz suznuz ...ogula terbiye veren de sizsiniz...ozunuz cemiyyetin temeli olsaz da onu ozunuz bu hala salirsiz

    ОтветитьУдалить
    Ответы
    1. İstifade edib atırlar?)) hetta?)) yaxşı fantaziyadır))O dediyini qerbde yox,bizimki kimi ikiüzlü toplumlarda edirler.Aldat,istifade et,tulla prinsipi bizim topluma xasdır)qerbde münasibetler durustluk üzerinde quruldugu ve cinsi aclıq olmadigina gore dediyiniz davranışın orada olmasi mümkün deyil)))sadece bezi qıt beyinler oz bedeninin ağası olan qadini istifade edilen qadın kimi deyerlendirir))

      Удалить
    2. Qerbde porno ulduzun bele ailesi var)) evlidi)))bizim olkede ise bosanmis qadin artiq kiminse "artigi" hesab edilir.Qadina vaginasina gore deyer ancaq serq toplumlarında biçilir.İstifade edib atırlar😂 yox bir))

      Удалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Fantaziyalar

Basdırılmış arzular