суббота, 11 марта 2017 г.

Xəyanətin motivi

    Zənnimcə heyvanlar insanlardan daha xoşbəxtdir.Düşüncə kənardan yaxşı nəsnəyə oxşasa da o, insanların eyni zamanda bədbəxtliyidir.Çünki, şüurlu olan insan, şüurundan istifadə edə bilməyən insanlar, kütlə üçün bir qanun yazır, sərhəd biçir və başlayır kütləni bu yoxuşla üzü aşağı idarə etməyə.
    "Dil" insanlığın bəlasıdır.Heyvanlar bir-birlərinin gözlərinə baxarkən bütün hislərini qarşı tərəfə ötürüb, emosiyalarını bölüşə bildiyi təqdirdə dilin mövcudluğu insanlar arasında süni münasibətlər, müharibələr, uçurumlar yaratdı.Düşündüyünü gizlətmək, onu yalnış təqdim etmək bədbəxtliyi verdi insana.Nəticədə bir-birimizin gözlərimizə baxaraq hislərimizi, nələr düşündüyümüzü bölüşə bilmədik.Sözlərimiz, dilimiz, yalanlarımız inkişaf etdi, səmimiyyət itdi və insanlar uzaqlaşdı bir-birindən.Araya tikanlı məftillər girdi.Vahid bir "dildə" danışmaq varkən 200-dən çox dilin mövcudluğu faktı yarandı.Sonra bu dildən pərgarlar  "kimin dili digərindən üstündür" yarışına başladılar.Bütün kütləyə hansısa biçilmiş doğruları, qaydaları aşılamağa çalışdı.
      İnsan elə bir yaradılışdır ki, onun nə dinə, nə dilə, nə də başqalarının istiqamətinə ehtiyyacı yox idi.Öz müstəqil iradəsi və ağlı onun seçimlərinə işıq salmış olsaydı hər kəs düzgün istiqaməti seçmiş olardı.Lakin biçilmiş qaydalar insanın mənəvi özgürlüyünü aldı əlindən.Hürr iradə, düşüncə azadlığı məhv edildi insanın.İnsanlara "bu yaxşıdır, bu isə pisdir" deyə guya həyat rahatlaşdırıcı qəliblər biçdilər.Amma əksinə insanın həyatını daha da çətinləşdirdilər.Çünki, həmin "yaxşı" və "pis" anlayışı hər istiqamət verəndən asılı olaraq fərqli idi.Vahid deyildi.İnsanlar kimi anlayışlar da, düşüncələr də ziddiyət təşkil edirdi.Nəticədə paradokslar yarandı.Bəs nədir "həqiqətin özü?" Buna insan özü tək başına qərar verməlidir.O,  yaşamalıdır və yaşadığı təcrübələrlə özü müəyyən etməlidir "həqiqəti".
        İnsan azad varlıqdır.Tanrının ruhunun insana üfürülməsi fəlsəfəsinin dibinə varsaq, çürütsək görərik ki, həmin ruh özü insanın vicdani qərarlarla doğru yolu tapmasına yardım edəcəkdir.Əgər kənar təsirlər həmin insanı yalnış istiqamətə sürükləməsələr.Deməli, qadın kişiyə, kişi də qadına  məxsus deyil."Sədaqət, xəyanət, günah, savab, yalnış, doğru, düz, əyri və s" bunların hamısı insanlar tərəfindən uydurulmuş pafozdur.Əslində riyaziyyat birdən başlamır.Bir özü tərkibində ən xırda atomları və zərrəcikləri daşıyırsa, həmin birin içərisində milyonlarla saya bilmədiyimiz hissəciklər hərəkətdədirsə biz o birin bir olduğuna əmin ola bilərik mi? Otaqda beş şezofren xəstəsi ilə tək qalsaq və onların xəstə olduğundan xəbərsiz olsaq və həmin xəstələr inadla bizə yanımızda yeddinci şəxsin də olduğunu sübut etməyə çalışsalar, onunla danışsalar, görə bilmədimiz üçün bizi "xəstə" adlandırsalar o zaman biz öz "xəstə"liyimizdən şübhəyə düşməyəcəyik mi? Həqiqət nədir? İnsanların, kütlənin qəbul etdiyi, kütləyə sırınan yalanlardır.Biz bəs nəyə inanmalıyıq? Öz düşüncəmizə...Əgər biz dəlilərdən ibarət bir cəmiyyətdə yaşayırıqsa və asanlıqla "dəli" damğası yeyiriksə özümüzdən şübhəyə mi düşməliyik yoxsa daxilimizdəki səsə mi qulaq verməliyik?
      Tanrının yaratdığı heç nə, heç kim asılı deyildir.Nə çiçək, nə ağac, nə böcək, nə yırtıcı heyvan, nə də insan.Canlı olan, özü arta bilən bütün orqanizmlər azaddır.Biz bir çiçəyə su veririksə onun sahibi deyilik.Biz sadəcə göz həzzimizi artırmaq üçün çabalayan eqoist varlığıq.Bir ağac əkiriksə o ağac bizim deyil, oksigen tələbatımızı ödəmək üçün çalışan təbiətin parçasıyıq.Heyvanlar da bizim deyil, həşəratlar da bizə məxsus deyil, onları pulla satın ala bilməyimiz kapitalizmin, dolayısı ilə üz qarası insanlığımızın məhsuludur.Bizim sahib olduğumuz şeylər cansız, öz yaratdığımız əşyalardır.Paltarımız, telefonumuz, evimiz, kitabımız...Özünüz anladınız, uzatmıram daha.Biz bu əşyalardan sədaqət gözləyə bilərik.Çünki, onlar canlı deyil.Amma ömrümüzün sonunacan bir insandan bizə sadiq qalmasını, dürüst olmasını, xəyanətlə qarşılaşmayacağımız xəyyalları ilə ovunaraq bizə məhkum olması məcburiyyətini gözləməməliyik.Biz insanları qanunlarla, sənədlərlə,kağızlarla yanımızda saxlamamalıyıq, ayağımıza qandallamamalıyıq, yatağımıza məhkum etməməliyik.İnsanlar istədikləri zaman gedə bilmə özgürlüyü yaşamalıdır.Bunu normal qarşılamalıyıq."Başqa kişi istəyirsən?-buyur get."Başqa qadın arzulayırsan?-get al həvəsini."Başqa dost tapmısan?-gəlsin mən də tanış olum.

     Beləliklə, insanın mənəvi və fiziki varlığının məcburiyyətlər olmadan yaşayacağı bir mühit daha sağlam və stresdən kənar mühit olacaq.İnsanlar bir-birinə vədlər verib, könül qırıqlığı yaşamaq yerinə, təbiətin də onlara bəxş etdiyi hürr iradə sahibinə çevriləcəklər.Əminəm onda həyat daha yaşanılası olacaq.

1 комментарий:

Məni izlə

Statistika