воскресенье, 12 марта 2017 г.

Zorlama yoxsa "nakazaniya"?

       Əsgərlikdə, meşədə zorlanan, etdiyi hər hansı bir hərəkətinə görə "nakazaniya" edilən kişilərdən, oğlanlardan, yeniyetmə oğlan uşaqlarından xəbəriniz var yəqin ki.Hətta Azərbaycanda da şahidi olmuşam, həbsxanada müəyyən səbəblərdən həbsə düşəni bütün kalon zorlama haqqı qazanır.Kimsə onları "təcavüzə" görə yarğılamayacaq.Əgər mənim pulum varsa və  hansısa oğlanın şərlənib həbsə salınmasında vasitəçi olmuşamsa bircə dezinformasiya yaymağım kifayətdir ki, bütün həbsxana əhli onun anal dəliyindən bağırsaqlarını tökənə qədər ona təcavüz etsin.Bunun həqiqət olub-olmaması ilə kimsə maraqlanmır.Çünki, qadınsızlıqdan əziyyət çəkən toplum üçün bəhanə lazımdır kiminləsə lap qeyri- təbii cinsi əlaqəyə girsin.
      Sonra tutaq hansısa oğlan kiminsə bacısına sataşır ya da söz atır.Bacı gedib evdə qolu zorba qardaşlarına bunu deyir, qardaşlar isə oğlanı meşəyə aparıb onu "nakazat" edirlər, yəni seksual hərəkətlər, qeyri-təbii yolla cinsi əlaqə, hətta bura oğlanın üstünə, başına işəmək də aiddir və s.Bütün bunları hüquqdan, qanundan qorxmayaraq videoya çəkərək daha sonra da şantaj edirlər.
       Ya da iki kişi arasında ədavət olur.Biri digərindən qisas almaq üçün onun kiçik oğlunu qaçırdaraq ona qarşı nalayiq pedofil hərəkətlər edir və uşağın gözünü qorxudur.
       Xalid Hüseynin "Çərpələng Uçuran" romanında bu səhnələr öz faciəvi ruhuyla gözəl izah olunub.Necə dəhşətli olduğunu oxuyanlar təsdiq edə bilər.
       Demək istəyirəm ki, zorlama yalnız qadınlara, qızlara, uşaqlara qarşı deyil bu cəmiyyətdə.Kişilər də zorlanır.Onlar da özlərindən vəzifəcə, maddi cəhətdən, fiziki cəhətdən üstün olanlar tərəfindən çox rahat əzilə, aşağılana bilir.Sadəcə patriarxat cəmiyyət olduğumuz üçün bundan əziyyət çəkən qadınlar daha çoxdur nəinki kişilər.Amma bu o demək deyil ki, bu ölkədə bütün kişilər sikinə xurma yedizdirir, qadınlar isə təhqir edilir.Problem bilirsiniz nədədir? Qanunların işləməməsində.Bu cəmiyyətdə hər yerin kiçik icmalar kimi özünə məxsus qanunları var.Bu qanunları isə insanlar özbaşlarına, heç bir mütəxəssis rəyi olmadan qəbul edib və buna əməl edirlər.Cəza sistemini də özləri qurublar.Ona görə də effektiv deyil, daha da faciəli yerlərə aparır insanların həyatını.
      Rövşən Lənkəranskinin dəfni yadınızdadır? Kütlə orda idi.Onu bir düha kimi son mənzilə yola saldılar.Nəyə görə cəmiyyətdə bu cür insanlara ehtiyyac yarandı? Niyə onlar "xalqın qəhrəmanı" oldu? Çünki, kütləyə qəhrəman lazımdı.Ədaləti bərpa edəcək, haqq məhkəməsi qura biləcək insanlar axtarırlar.Əgər cinayətkara, caniyə, qanunu pozmuş şəxslərə lazımı cəzanı "ali məhkəmə" verə bilmirsə o zaman "ağsaqqallar şurası" keçmişdəki kimi fəaliyyətə düşür.Nəticədə ölkədə xaos yaranır.Hərə öz cəza sistemi ilə hökm biçir.Təcavüzə məruz qalan qızları, qadınları, uşaqları, kişiləri, homoseksualları, transgenderləri qoruya biləcək bir qurum yoxdur.Varsa belə fəaliyyəti sıfırdır.Nə fərqi var cəmiyyət zorlananı dışladı ya yox? Məgər öz bildiyi kimi yaşayan, bununla üzləşsə belə toplumla müharibə edərək haqqını tələb edən insanlar yoxdur? Əlbəttə var.Arxalarınca danışmaqdan başqa nə edə bilir axı o insanlar? Zatən hər kəsin arxasınca danışırlar.Bu kimin qozunadır ki?Önəmli olan özündə o cəsarəti tapıb haqqı insanlardan yox aidiyyatı qurumlardan tələb etməkdir.Zorlanmısansa şantaja boyun əymək yerinə polisə müraciət etməkdir, seksual hərəkətlərə məruz qalmısansa bunun çözüm yolunu qanunla axtarmaqdır.Təcavüzkara qız verərək "ləkə" təmizləmək, ya da qurban olan şəxsi öldürmək çözüm ola bilməz.Çünki, o cani hələ də azadlıqda gəzəcək, cəzasını almadan, etdiyi özbaşınalıqdan heç bir məsuliyyət duymadan sabah minlərlə uşağın, gəncin, qadının həyatını, arzularını məhv edəcək.Sən qız böyüdüb onu döyərək təhlükələrdən uzaq tutmağa çalışdıqca o, sənin qızını gizlin yerlərdə güdəcək, həyatını korladıqdan sonra qızını öldürsən belə, dışlasan belə həmin cinayətkar ikinci qızına, üçüncü qızına, sonra gəlininə, sonra qohumlarına, qonşularına qənim kəsiləcək.Doğub törəyəcək və övladları, nəvələri, sənin nəvələrinə qarşı zorakılıq edəcək.Anlaya bilirsiz bunu? Məndən ötdü deməklə heç nə düzəlməyəcək.

    Siz qanun deyilsiniz.Nə də məhkəmə deyilsiniz.İcazə verin bunu qanun həll etsin.Sizə düşən "qurban"lara dəstək olmaqdır.Onları sevgiylə həyata, cəmiyyətə qazandırmaqdır.Yoxsa bu ölkədə doğulan hər üç uşaqdan biri təcavüzün əsəri olacaq.

Комментариев нет:

Отправить комментарий

Məni izlə

Statistika