Сообщения

Сообщения за Апрель, 2017

Basdırılmış arzular

Psixologiyanı Freydlə sevmişəm.Fəlsəfəyə marağım genetikdir.Atamdan keçib böyük ehtimal.Çox problemli uşaq olmuşam.Şiddətlə keçən uşaqlıq illərim olub.Lakin həmişə elə bilirdim tək döyülən uşaq mənəm.Ətrafda görmürdüm çünki.Zamanla komplekslərimdən qurtulub psixoloqla danışmaq qərarına gəldim.Gördüm ki, mən başımdan keçənləri danışdıqca sanki kafamda nələrsə "danq" edir.Həmin gündən etibarən özümə psixoloqluq etdim.Bunun üçün ilk olaraq mütaliə etməyə başladım.Kitablarla danışaraq bütün problemlərimin kökünü arşadırmağa başladım.Sonda məlum oldu ki, indiki xarakteriminin tamamını "anal dönəm" travmalarım formalaşdırıb.Aqressiyamdan tutmuş seks fantaziyalarıma kimi hər şeyin təməlində duran faktorların sirrini çözdüm və başladım özümü sevərək, əzizləyərək bunların üzərində işləməyə.Mükəmməl nəticə əldə etməsəm belə ən azı yerimdə saymadım, onu deyə bilərəm.Bütün bunları özümü müşahidə edərək öyrəndiyimə görə indi mənə insanların davranışına baxaraq, reaksiyalarında…

Ayıb nədir?

Bir cəmiyyət düşünün.Hansı ki, sadaladığım hallar sizə çox tanış gələcək.Çünki, siz o cəmiyyətin bir fərdisiniz.Həmin cəmiyyətdə özünə həyat yoldaşı seçərkən əsas kriteriya kişi üçün "siqaret çəkməyən, içki içməyən, evi olan, işi olan, nəsil-nəcabəti samballı olan", qadın üçün isə "əlinə əl dəyməmiş bakirə, başı aşağı təmiz ev qızı, biş-düş bacaran, normal maddi durumu olan ailənin qızı, full cehizlə təmin olunan" - bunlardır.Nə kişini, nə də qadını qarşı tərəfin psixoloji durumu, dünya görüşü, zövqləri, maraqları, hobbiləri maraqlandırmır.Hətta əmin olun minlərlə qurulan ailə vardır ki, gənclər evlənərkən bir-birinin hansı rəngi, yeməyi, musiqi janrını, mütaliə növünü sevdiyini bilmirlər.Adətən bir-birilərinə dialoq şəklində verilən sual-cavablar belə olur.Kişi: "Mən sənin işləməyinə, qısa geyinməyinə, məndən icazəsiz addım atmağına razı ola bilmərəm".Qadın: "Narahat olma, mən onsuz ailəmə görə hər şeyimi fəda etməyə hazıram." VƏSSALAM.Yen…

Kişilər haqqında yazı

Cem Yılmazın çıxışlarında çox xoşuma gələn bir ifadə var idi.Deyir: "Allah erkeyi yaratmış, sonra da demiş ki, ben bunun daha iyisini yaparım." Çalışıram ki, məsələlərə seksist yanaşmayım.Amma ola bilsin qadın təbiətimdən dolayı, ya hansı bilinməyən səbəblərdəndi bilmirəm hər zaman qadınlara daha çox haqq vermək, onlara "torpil yapmak" keçir içimdən.Yəqin ki, qadınların hislərini onlar kimi hiss etdiyimə görə daha yaxşı anlayıram.Empati duyğum qadınlara daha yaxşı işləyir.Əvvəllər - hansı ki, ailə və məişətə atılmamışdan qabaq həqiqətən qadınlarla kişilərin eynihüquqlu olduğunu düşünürdüm.Lakin ailə zəmnində baş verən proseslərdən gördüm ki, onların hadisələrə verdiyi reaksiyalar çox fərqlidir.Eyni hadisəyə 5-6 qadın eyni cür reaksiya verir, 5-6 kişi isə öz aralarında eyni,  lakin qadınlarla müqayisədə tamamilə başqa cür davranır.Burdan belə nəticə çıxartdım ki, kişilər təbiətcə bəsit varlıqdır.Həqiqətən bu varlıqlar seksdən və yeməkdən başqa nəsə düşünə bilmirlər.…

Mən niyə pul qazana bilmirəm?

Atamla anam evləndikdə ikisinin də kifayət qədər yaşı var idi.Hər ikisi təhsilini almış, iş həyatına atılmış yetişkin fərd sayılırdı.Planlara görə onlara dövlət ev verəcəkdi və beləcə həyatlarına davam edəcəkdilər.Lakin həyat sürprizlərlə doludur.Hər yerdə "uşağı planlamadan dünyaya gətirməyin" deyə bağırsam da hansı plandan kənar həyatı yaşayacağımızı heç birimiz bilmirik.Beləliklə, valideynlərimin də nəzərdə tutduğu reallıq xəyala çevrilir və dəyişən sistemlə birlikdə onlar da bir girdabın içinə düşərək çıxış yolu axtarmağa başlayırlar.Mən dünyaya gələndə hələ də evsiz, gələcəyimizdən bixəbər ailə idik.Bir yaşım tamam olmadan anam maddi çətinliklərə görə işə çıxmağa məcbur olmuş və nəticədə məni dövlət bağçalarının birinə himayəyə vermişdi.Tam 7 il o bağçaya təpik döydüm.Anam dövlət müəssisələrinin birində artıq 27 ildir ki, mühitində tanınan və uğur qazanmış tibb bacısı işləyir.Onu işsiz, işini də onsuz təsəvvür etmək qeyri mümkündür.Lakin anamın 3 yetişkin övladı var və …

"Çinarənin kruqu" haradır?

Qadın söyüş söyməz, qadın yüksək səslə danışmaz,qadın bərk gülməz, qadın adamın gözünün içinə dik baxmaz, qadın kobud olmaz,qadın,qadın,qadın...Bu söhbətlərdən bezdiyim üçün əvvəlcə elə ağzımı söyüşə alışdırdım.Normalda 24 yaşıma kimi heç vaxt dilimə "eşşək, donuz" təhqirlərindən daha ağır ifadələr gətirməzdim.Amma cəmiyyətin qadına qoyduğu sərhədləri gördükcə, ona yaraşdırdığı, daha doğrusu sırımağa çalışdığı xarakterik xüsusiyyətləri dərk etdikcə bütün bu streotiplərimi qırmağa başladım.Seks vaxtı həzz aldığımı hiss etdirməzdim, partnyorumun önündə çılpaq gəzməzdim, kənardan ikrahedici baxışlardan narahat olardım, mənim haqqımda düşünülən hər bir mənfi fikir məyus edərdi məni.Sonra sanki sehirli bir əl dəydi mənə.Yaşadığım təcrübələr erkən yaşlarımdan itirdiyim,  "dəyər" hesab etdiyim bütün qaydalardan cəmi bir ilin içində qurtulmama səbəb olmuşdu.Çox tez zamanda tanıdığım insanların davranışları həyata atdı məni.Bu təcrübəni qazanmaq üçün bütün etibarımı, diplo…