Ayıb nədir?

 

     Bir cəmiyyət düşünün.Hansı ki, sadaladığım hallar sizə çox tanış gələcək.Çünki, siz o cəmiyyətin bir fərdisiniz.Həmin cəmiyyətdə özünə həyat yoldaşı seçərkən əsas kriteriya kişi üçün "siqaret çəkməyən, içki içməyən, evi olan, işi olan, nəsil-nəcabəti samballı olan", qadın üçün isə "əlinə əl dəyməmiş bakirə, başı aşağı təmiz ev qızı, biş-düş bacaran, normal maddi durumu olan ailənin qızı, full cehizlə təmin olunan" - bunlardır.Nə kişini, nə də qadını qarşı tərəfin psixoloji durumu, dünya görüşü, zövqləri, maraqları, hobbiləri maraqlandırmır.Hətta əmin olun minlərlə qurulan ailə vardır ki, gənclər evlənərkən bir-birinin hansı rəngi, yeməyi, musiqi janrını, mütaliə növünü sevdiyini bilmirlər.Adətən bir-birilərinə dialoq şəklində verilən sual-cavablar belə olur.Kişi: "Mən sənin işləməyinə, qısa geyinməyinə, məndən icazəsiz addım atmağına razı ola bilmərəm".Qadın: "Narahat olma, mən onsuz ailəmə görə hər şeyimi fəda etməyə hazıram." VƏSSALAM.Yeni ailə qurulur və fərdləri maraqlandıran nüanslara baxın.İkrah doğurur adamda bu dialoqlar.Toy gecəsi hələ də öz aktuallığını qoruyub saxlayan yengə mövzusuna gələk.Bəzən yengənin qanı ekspertizaya göndərəcək potensialda olduğunu da görmüşəm.Nə tərəflər, nə də valideynlər qətiyyən utanc hissi yaşamırlar bu durumda.Hamı dişini ağardaraq oğlanı təbrik edir, bic-bic gülür və hər kəs fərqindədir ki, bu gecə qan su yerinə axacaq.Ağsaqqallı, ağbircəkli hamı yapon bayrağını gözləyir səbirsizliklə.Hələ eyni evdə yaşayan külfət ailələrdən danışmıram sizə.Təsəvvür edin bu otaqda bəylə gəlin qan çıxartmağa çalışır, yan otaqda baba ilə nənə dərdləşir, digər otaqda ana ilə ata toydan qalan pulları sayır, koridorda qaynın uşağı ağlayır, o bədbəxtlər də səs eşidilməsin deyə youtubedan "bu akşam ölürüm, beni kimse tutamaz" mahnısına ən yüksək səs verirlər.
      Üstündən 2 ay keçməmiş qaynana başlayır ki, bəs "artıq 2 aydır ki, gəlmisən, hələ də aybaşı görürsən, a gəlin?"Oğlanın nənəsi deyir " deyəsən bu sonsuz çıxacaq, bax məndən demək, nə qədər gec deyil boşatdır, İrasimin balaca qızını alaq oğlana."Bütün qonşular, qohumlar, yaxından-uzaqdan tanışlar maraqlanır ki, filankəsin gəlini axı niyə doğmur? Nəysə bir az vaxt keçir qız xəbər tutur ki, hamilədir.İndi bu xəbəri kimə deyir cavabında deyirlər " booo ayıbdı, a gəlin, harda gəldi danışmaq olmaz bu barədə." Uşaq tərpənir ayıbdı, USM uşağın şəklini çıxardır böyüklərə göstərmək olmaz ayıbdı, cinsiyyətini öyrənir, əgər qızdırsa heç yerdə demək olmaz ayıbdır, qızın qarnı böyüyür evdən çölə çıxmağa qoymurlar ki, ayıbdı, qarnı burnunda camaat görməsin səni.Uşağı doğur böyüyün yanında uşağı əzizləmək olmaz ayıbdı, öpmək olmaz ayıbdı, əmizdirmək olmaz ayıbdı.Bəs, oğlunuz qızı sikəndə qulağınızı qapıya dirəmişdiniz, hər gün neçə dəfə sekslə məşğul olduqları ilə maraqlanırdınız, uşaq-uşaq deyib aləmə car çəkirdiniz ayıb deyildi? Hər kəs gözəl bilir ki, uşağı leylək qapıya buraxıb getmir.O proses sizə ayıb gəlmədi amma qadının şişən qarnı, içəridə təpikləyən körpəsi, onu əmizdirmə prosesi ayıb gəldi? Nə qədər qeyri səmimi və iki üzlü cəmiyyətdə yaşayırıq biz?!Başqalarının yatağına burnunu soxmaq, qıçının arasını güdmək, haqsızlıq etmək, arxasınca danışmaq, ədalətsizliyə göz yummaq ayıb deyil amma homoseksual olmaq, nigahsız sevişmək, yüksək səslə gülmək, kefi istəyən kimi geyinmək ayıbdır?
    Amma ən acınacaqlısı odur ki, bu ayıblar ancaq "zəif, pulu olmayan, bir qarnı ac, bir qarnı tox yaşayan" adamlara aiddir.Çox özündən deyən, hər söhbətdə qeyrət damarı şişən oğlanların əksəriyyəti varlı qadınları görəndə hər şeyi ilə qəbul edirlər.Qadını  puluna görə kişi seçməkdə ittiham edən kişilər nə əcəb o pullu qadınları görəndə " yox" deməyi bacarmır, bəs? Hamı çox gözəl bilir trenajor salonlarında bədən yığıb "xala ovuna" çıxan cavan oğlanların sosial şəbəkələrdə monitor arxasından hansı nəsihətləri verdiyini.Əgər ayıbdırsa hamıya ayıbdır.Yox deyilsə, sizə olar deyə düşünürsünüzsə onda dilinizi də soxun müvafiq yerlərinizə.
      

Комментарии

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Fantaziyalar

Basdırılmış arzular