Basdırılmış arzular


 Psixologiyanı Freydlə sevmişəm.Fəlsəfəyə marağım genetikdir.Atamdan keçib böyük ehtimal.Çox problemli uşaq olmuşam.Şiddətlə keçən uşaqlıq illərim olub.Lakin həmişə elə bilirdim tək döyülən uşaq mənəm.Ətrafda görmürdüm çünki.Zamanla komplekslərimdən qurtulub psixoloqla danışmaq qərarına gəldim.Gördüm ki, mən başımdan keçənləri danışdıqca sanki kafamda nələrsə "danq" edir.Həmin gündən etibarən özümə psixoloqluq etdim.Bunun üçün ilk olaraq mütaliə etməyə başladım.Kitablarla danışaraq bütün problemlərimin kökünü arşadırmağa başladım.Sonda məlum oldu ki, indiki xarakteriminin tamamını "anal dönəm" travmalarım formalaşdırıb.Aqressiyamdan tutmuş seks fantaziyalarıma kimi hər şeyin təməlində duran faktorların sirrini çözdüm və başladım özümü sevərək, əzizləyərək bunların üzərində işləməyə.Mükəmməl nəticə əldə etməsəm belə ən azı yerimdə saymadım, onu deyə bilərəm.Bütün bunları özümü müşahidə edərək öyrəndiyimə görə indi mənə insanların davranışına baxaraq, reaksiyalarından artıq bəlli olur onların keçirdiyi uşaqlıq, gənclik və indiki həyatları.Dəfələrlə səhifələrdə təhdid dolu şərhlər, təhqir dolu cavablarla rastlaşıram.Cəmiyyətin stress dolu həyatı onun hər şeyinə nüfuz edib.İstər qadınlarda, istərsə də kişilərdə.İnsanlarda kin, aqressiya, qarğış, nifrət maksimum səviyyədədir.Dərsliklərdə "Erməni soyqrımı" adı altında paylaşılan olmazın işgəncələrə uşaqların verdiyi reaksiyalar elə həmin işgəncələrlə eyni motivli olur.Sevgi ilə böyüyən uşaq olduqca az saydadır.Adətən ya maddi imkansızlıqdan uşaqlar ata və ana himayəsindən kənarda qalırlar, ya da valideynin məsuliyyətsizliyindən.Üç otaqlı evdə 2-3 ailə yaşayır.Bura subay qayın və ya baldız, qaynana və qaynata cütlüyü, o cümlədən yeni ailə daxildir.Gəlin düşdüyü ailədə söz haqqına sahib olmur.Çünki, evin zatən bir xanımı var.Hansı evdə iki xanım dominantlıq edə bilər axı? Gəlin arzu və istəklərini ikinci plana atır.Adını da "böyüklərdən utanma" qoyurlar.Sevişəndə səs çıxartmırlar, mətbəxdə, koridorda oynaşa bilmirlər, rahatlıqla alt paltarında gəzişə bilmirlər, içki içə bilmirlər, birlikdə porno izləmirlər, həyata rəng qata biləcək heç nə olmur.Ənənəvi üsulda cütləşdikdən iki ay sonra qadın uşağa qalır, növbəti yeddi ay kişi ilə arasında heç bir intim proses olmur.Problemli hamiləlikdə ümumiyyətlə kişinin "həcəməti" əlində qalır.Bu dönəmlərdə cütlüklər arasında əməlli-başlı soyuqlaşma gedir.Kişi başqa qadınlara meyl edir, qadın telefonda yad yazışmalar tutur, evdə davalar başlayır, işə qarışan böyüklər ya məsələni həll etməmiş ört-basdır edir ya da boşanma ilə nəticələndirir.Uşaq doğulur problemli ailədə.Qadının istəkləri basdırılmış, kişinin istəkləri "ailədən kənar ödənilmiş", qoca nənəylə baba, əmi, bibi filan-aləm dəyir bir-birinə.Nənə deyir "gəlin uşaq saxlaya bilmir", baba deyir "o küçüyün səsini kəs baş-beynim getdi", evə gec gələn ər, bütün bunlara dözüb analıq etməyə məhkum olan qadın, bibinin nazı, qaynın dəxilsiz söhbətləri...Bu minvalla subayları evləndirənə, qocaları torpağın altına verənədək bu ailə əsl cəhənnəm əzabında özləri azmış kimi hələ 2-3 "qurbanla" həyat sürürlər.Xoşbəxt olmayan ana, özünü evə qandallanmış hiss edən ata ilə  nə dərəcədə xoşbəxt uşaqlıq yaşamaq olar ki? Üstəlik bura maddi sorunlara görə yaranan davaları, şiddəti, anaya zorakılığı da əlavə etsək əməlli-başlı tragedik ailə faciələrinə şahid də olarıq.
     Avtobusa, metroya minərkən gördüyünüz üzlər, paylaşdığınız şəkillərə sərt reaksiya verən yazılar, bir-birini öldürməyə hazır olan əllər, qollar, nifrət dolu ürəklər bax bu insanlara məxsusdur.Bu ailələrdə böyüyən, bu ailələrdə yaşa dolan ya da bu ailənin sahibəsi və sahibi olan kəslər.Onlar hər yerdədir.Sizi işə götürən və ya işinizi görən, sizə nəsə satan ya da alan, sizi izləyən və ya izlədiyiniz şəxslər.Zəncir formasında hər on beş halqadan bəlkə də biri onlardan deyilsə bu halqaların kiri, pası təmizlərə də bulaşır, ya zəncir qırılır, ya da onu da paslandırırlar.İnsanların üzünə baxanda məhv olmuş xəyallar, puç olmuş ümidlər, basıdırılmış arzular görürəm.Ona görə də insanların kini və nifrəti məndə sadəcə  acı gülüşlər doğurur.Mən gülürəm, lakin eyni zamanda acıyıram.Bu keyfiyyətsiz insanlara, cəmiyyətə, millətə acıyıram.Yeriyərkən ayaqlarındakı qandallarının səsi qulaq batıran bu insanların "çox bilmiş" rəftarları  məni diksindirir, iyrəndirir, lakin eyni zamanda düşündürür:"Sən hələ uzun illər bu insanlarla eyni cəmiyyətdə necə yaşayacaqsan?"

Комментарии

  1. Məncə bütün bu problemlərin kökündə ölkədə olan işsizlik dayanır.Pul yoxdur.İş olmayanda insanlar həm boş qalır həm də itirəcək heç bir şeyləri olmadığından təhlükəli olurlar.Özünə inam olmur və s.

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Fantaziyalar