"Çinarənin kruqu" haradır?

 Qadın söyüş söyməz, qadın yüksək səslə danışmaz,qadın bərk gülməz, qadın adamın gözünün içinə dik baxmaz, qadın kobud olmaz,qadın,qadın,qadın...Bu söhbətlərdən bezdiyim üçün əvvəlcə elə ağzımı söyüşə alışdırdım.Normalda 24 yaşıma kimi heç vaxt dilimə "eşşək, donuz" təhqirlərindən daha ağır ifadələr gətirməzdim.Amma cəmiyyətin qadına qoyduğu sərhədləri gördükcə, ona yaraşdırdığı, daha doğrusu sırımağa çalışdığı xarakterik xüsusiyyətləri dərk etdikcə bütün bu streotiplərimi qırmağa başladım.Seks vaxtı həzz aldığımı hiss etdirməzdim, partnyorumun önündə çılpaq gəzməzdim, kənardan ikrahedici baxışlardan narahat olardım, mənim haqqımda düşünülən hər bir mənfi fikir məyus edərdi məni.Sonra sanki sehirli bir əl dəydi mənə.Yaşadığım təcrübələr erkən yaşlarımdan itirdiyim,  "dəyər" hesab etdiyim bütün qaydalardan cəmi bir ilin içində qurtulmama səbəb olmuşdu.Çox tez zamanda tanıdığım insanların davranışları həyata atdı məni.Bu təcrübəni qazanmaq üçün bütün etibarımı, diplomumu, xəyallarımı, planlarımı qurban verdim.Bu yaşa qədər bəlkə də bir milyona yaxın insanla şəxsən söhbət etmişəm.Hər hansı mövzu barəsində eyni stolda əyləşmişəm.Hər dəfə o stoldan qalxanda tək bir şey öyrənirdim.Nə qədər çox sima o qədər çox təcrübə...
     Daha sonra özündə güc tapan qadınların hamısının mənim kimi olmasını xəyal etdim.İstədim ki, bütün qadınlarımız öz olduqları kimi olsunlar.Buna görə də son bir il ərzində hər kəsin məni izləyə bilməsi üçün açıq profil sahibi oldum.Daha sonra qadınların daha özəl şeylərini rahatlıqla paylaşmaları üçün qadın qrupumu açdım.O steriotipləri qrupum da qırdı.Hansı ki, heç bir yerdə qadının cəsarət edib soruşa bilmədiyi bütün suallar, bütün söyüşlər, bütün problemlər o qrupda işıqlandı və müzakirə olundu.Bu addımlarımı təhqir edən, özünün cəsarət edə bilmədiyi üçün mənə həsəd aparan lakin məni hər fürsətdə iynələyən, zərər vurmağa çalışan bütün qadınlı, kişili hər kəsin müzakirə obyektiyəm.Çayxanada, ictimai nəqliyyatda bığıburma kişilər, ağzıgöyçək qadınlar, ərə getmək üçün içi yanan çox tərbiyyəli qızlar mənim yazılarımı müzakirə edir, oxuyur hətta mənfi rəy bildirsələr belə reaksiya verirsə, deməli, mən məqsədimə gedən yolda düzgün addımlarla irəliləməyi bacarmışam.Mən sizə göstərdim ki, söyüş söyən qadın ailə də qura bilər, uşaq sahibi də ola bilər, başına and içilən gəlin də ola bilər, bir gün içində altı min dəfə məqaləsi oxunan blogger də ola bilər."Mənim kruqum" cəsarətli qadınların mühitidir.Orda qorxaq, həyatını başqalarının qollarına buraxan, yeriyən cinsiyyət orqanlarına yer yoxdur.Qısacası, məni bəyənməyən hər kəs məni daha da məşhurlaşdırır.Məqsədimə yaxınlaşdırır.Allah sizi var eləsin!

Комментарии

  1. Salam Çinarə xanim, bizim ölkədə fərqli düçünən insanlar oyanıqlığı meydana gəlməyə başladığını fərqinə varmışam, artıq fərqli düşünmək mod halına gəlib. Fərqli kitabları oxumaq, fərqli söhbətləri( dar məkanlarda olsa da etmək) bir səviyyəlilik göstəricisi kimi oldu. Amma fərqli olmaqla - özün olmaq, arasında bir xətti aşa bilmədiyimizdən, cəmiyyət əfradların, fərqlilik göstərişi, klounun sirkdə çıxışı qədər gülünçdür. Sizin yazılarda isə, bu həddi aştığınızı görə bilirəm, və sadəcə, insanın özü olmaq davasında olduğunuzu təhmin edə bilirəm. Bəzən oyanması üçün ağır zərbələr vurmaq lazımdır, yazılarınız kimi. Sizə uğurlar arzu edirəm . Hə, birdə, məndə yeni yazmağa başlamıçam bloqu, maraqlı gəlsə, buyura bilərsiz(http://msamedov.blogspot.com/).

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Fantaziyalar

Basdırılmış arzular