Kişilər haqqında yazı




      Cem Yılmazın çıxışlarında çox xoşuma gələn bir ifadə var idi.Deyir: "Allah erkeyi yaratmış, sonra da demiş ki, ben bunun daha iyisini yaparım." Çalışıram ki, məsələlərə seksist yanaşmayım.Amma ola bilsin qadın təbiətimdən dolayı, ya hansı bilinməyən səbəblərdəndi bilmirəm hər zaman qadınlara daha çox haqq vermək, onlara "torpil yapmak" keçir içimdən.Yəqin ki, qadınların hislərini onlar kimi hiss etdiyimə görə daha yaxşı anlayıram.Empati duyğum qadınlara daha yaxşı işləyir.Əvvəllər - hansı ki, ailə və məişətə atılmamışdan qabaq həqiqətən qadınlarla kişilərin eynihüquqlu olduğunu düşünürdüm.Lakin ailə zəmnində baş verən proseslərdən gördüm ki, onların hadisələrə verdiyi reaksiyalar çox fərqlidir.Eyni hadisəyə 5-6 qadın eyni cür reaksiya verir, 5-6 kişi isə öz aralarında eyni,  lakin qadınlarla müqayisədə tamamilə başqa cür davranır.Burdan belə nəticə çıxartdım ki, kişilər təbiətcə bəsit varlıqdır.Həqiqətən bu varlıqlar seksdən və yeməkdən başqa nəsə düşünə bilmirlər.İndi Sokratı, Hegeli, Nitşeni, Kamünü mənə misal çəkəcəksiniz, bilirəm.Fikrimcə onların təbiətinə qadın əli dəyib.Çünki, başqa cür mümkün deyil ki, onlar belə düşüncəyə sahib olmuş olsunlar.Azərbaycan kişisi öz ölkəsinin xanımı üçün intihar mənbəyi və ya inqilab mənbəyi ola bilər.Fikir versəniz cinayətkar bütün qadınların etdiyi hərəkətlərin səbəbi kişi obrazı olur.Ona görə ki, təbiət bu varlıqlara fiziki güc vermiş olsa belə onlardan hisləri, emosiyanı, duyğuları alıb sanki.Elə bil kişilər daltonik olan xəstələri xatırladır mənə.Onlar yaşıl rəngə baxır lakin onu boz görürlər.Ya da  çincə danışan birinə azərbaycanca cavab verən yadelliyə bənzəyirlər.Onlar sənin üzünə baxır, səninlə danışır, guya razılaşır, səni anlayırmış kimi görünürlər.Sən sevinirsən, elə bilirsən ki, "aha, kişiyə nəsə izah etdin".Lakin birdən elə bir söz deyirlər ki, "yox, ola bilməz" deyirsən.Sanki saatlarla danışdığın adam yox divar imiş.Sözlər gedib onun üzünə dəyib və yerə düşürmüş.
      Uşaq doğma prosesində də onlar qadınlar kimi hiss etmir heç nəyi.Çünki, onların bətnində günbəgün böyüyən balaca varlıq yoxdu.Onlar doğuşu "bala artırma" kimi görürlər.Çox nadir, bayaq sadaladığım "ruhuna qadın əli dəymiş" kişilərdir ki, bu prosesə fəlsəfi anlamlar yükləməyi bacarırlar.Az-maz dünyagörüşü olan qadınlar doğuşdan sonra bir "fəlsəfə cığırı" açır özləri üçün.Övlad sahibi olmaq onların kainatı az da olsa dərk etməsinə zəmin yaradır.Lakin kişilər ömürlərinin sonunacan "arpalıqda eşələnən toyuqlar" kimi ancaq eşələnməklə məşğul olurlar.Bu varlıqların bütün emosiyası, hisləri, duyğuları penisində cəmlənib.Testislər əslində 2 beyin yarımkürəsini xatırladır.Qısacası, ereksiya zamanı onlar şeirlər, romanlar yazır, romantizm, dərin duyğular yaşayır, lakin, orqazm vaxtı axan spermlə birlikdə bütün hisləri, düşüncələri də axıb kanalizasiyaya, ya da çuxura qovuşur.Bir varlığın ki, həzz alma mənbəyi qaçan şortikli kişilərdir onlardan nə gözləyəsən, axı? Bu məxluqlar var-dövlətini qumarda uduzan, zəhmətlə qazandığı pulu bəhsinə girərək gecəsi 1000 $-a olan glamurlara xərcləyən,içki masasında qadınını məzəyə çevirən canlılardır.Sevişdiyi qadını başqalarına hədiyyə edən, özünü dünyanın mərkəzi sanan, canlı-cansız bütün nəsnələrin onların əla-həzrət penislərinə qul olduğunu düşünən varlıqlardan daha çox şey gözləmirik mi, sizcə də? Həqiqətən də kişilərsiz həyat daha stressiz, yoruculuqdan kənar olmaz mı?
      Mən demirəm kişiləri həyatınızdan çıxarın, əlbəttə təbiət onları yaradıbsa bir funksiyaları olmalıdır, onlar nəsilartırmada "damazlıq öküz" qismində çıxış edirlər nə də olmasa.Amma ümid edirəm ki, tibb elə bir inkişaf səviyyəsinə çatacaq ki, qadınlar hətta kişilər olmadan belə övlad sahibi ola biləcəklər, o zaman "ailə insititutu" yoxa çıxacaq və qadınlar bu bəsit məxluqlara dözmək, onları idarə etmək zorunda qalmayacaqlar.

Комментарии

  1. əlbəttə təbiət onları yaradıbsa bir funksiyaları olmalıdır, onlar nəsilartırmada "damazlıq öküz" qismində çıxış edirlər nə də olmasa - bu cümlə, məni öldürdü, yaxşı mənada. Bəsit varlıq olaraq , basit yazımla sizin geniş , qadınlıq dünyanıza girmək istəsəmdə, o dünyada çincə danışan bir yadellı olacam. Əlbəttəki insanlar sayı qədər, fəlsəvələr mövcüddur, və dediyiz kimi , bütün kişiləri buraya aid etmək olmaz.
    Necə ki, bütün bizim yazdıqlarımız, sadəcə eqomuzu rahatlandırmaq üçündür. Və bu cəhətdə qadının eqosu daha güclüdür, daima onlara qarşı nəsə plan çevrildiyi paranoya eqosuna sahib olub, bunuda fəlsəfi və böyük bir ürək adlandırmaq, qadınlara məxsus bir haldır(əlbttə ki, bəsit düşüncəmə görə) . Ayrıca bizim penisimiz sizdə olsa idi, görəsən onu necə istifadə edərdiz? Bütün varlığımızı bu ət parçasında cəmləndiyinidə, gözəl qeyd etdiniz. Yazınız gözəldir, bir az ürksəmdə))

    ОтветитьУдалить
  2. Hərkəs ətrafa öz pəncərəsindən baxır.Dünyada 6 milyarddan çox insan var.deyək ki,bunun 3.5-i kişilərdi.Biz Azərbaycanda yaşayaraq digər mədəniyyətləri görməyə görməyə kainatdakı kişi və ya qadınlar haqda fikir yürütmək(ittiham etmək) səhvdir.Kiminsə bizi anlamasını gözləmək,bizim onu anlamağımız üçün vaxt itkisidir.Həmçinin artıq andropauzaya məruz qalmış kişilərdə var.Nə hikmətdirsə onların da özülü dəyişmir.20-70 yaş arası gözlə görünən yaşlılıqdan başqa nə fərq var?Kəramət p-də deyil.Bünyədə,təməldə və mentalitetdədi.Sən 30 yaşa kimi kişini oğulsan,evin dirəyisən de böyüt sonrada o özünü nəslin qaleodoru hesab etsin,bundan sonrada gözlə ki, həmin o qaleodor özündən çox səni düşünəcək.Paradoks odur ki,kişini qaleodor edən də,ondan bu taxtdan düşməsini istəyəndə QADINdır.

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Hamiləliyin ilk trimestri

Ayıb nədir?