Сообщения

Сообщения за Май, 2017

Fantaziyalar

"Fuck buddy" ifadəsini ilk dəfə 22 yaşım olanda eşitmişdim.Həmin vaxta kimi elə düşünürdüm ki, insanlar bir-birini sevirsə, tanıyırsa, aralarında bir-birilərinə verdikləri uzun vədəli sözlər varsa o halda sevişə bilərlər.Onların sekslə məşğul olması üçün xüsusi andlar, nigah mərasimi, dövlətdən rəsmi icazə kağızı və ən əsası mənəvi bağlar olmalıdır.Sonra isə oxudum ki, sən demə, elə qrup insanlar var ki, onlar heç bir bağlılıq olmadan, yarğı olmadan, gözlənti olmadan bir və ya bir neçə dəfə cinsi akta girməyi üstün tuturlar.Həmin insanlar sevişdikləri partnyorlarına müştərək həyatla bağlı heç bir söz vermirlər.Kiməsə bağlanmırlar.Zəng edib "necəsən?" soruşmurlar.Sevişirlər və sağollaşıb gedirlər.Bu tərəflər bezənə qədər davam edir.Bir dəfə də görüşə bilərlər on dəfə də.Baxır seksin rəngarəngliyinə.
     Amma cəmiyyətdə intim münasibətlər, yataq fantaziyaları həmişə şəxsin xarakterini müəyyən edib.Əgər bir qadın doyumsuzdursa onu "fahişə" adlandırırla…

Qadın və kariyera

Azərbaycanda bütün sistemlər və anlayışlar kimi qadının kariyera qurma anlayışı da tərsə-mərs işləyir.Evində qız övladı böyüdən valideynlər çalışırlar ki, qıza ən azı orta təhsil verə bilsinlər.Əgər nisbətən ziyalı ailədirsə uşağın ali təhsil alması üçün əlindən gələni edir.Təbii ki, bunu Bakı və digər sivil şəhərlərdə müşahidə etmək olur.Ucqar rayonlara doğru kənara çıxdıqca erkən yaşlarda ərə verilən, orta məktəbi bitirməyən, hətta oxuma-yazma bilməyən qızlara, qadınlara belə rast gəlinir.Təhsil almaq çox vacib bir nüansdır.Nəinki bir qadının hər bir insanın təhsil alması, istedadı olan sahə üzrə akademik bilgi əldə etməsi alqışlanasıdır.Lakin mən bu yazıda artıq təhsil almış, iş həyatına atılmaq istəyən və ya atılmış olan qadınlardan yazacağam.Hamıya məlumdur ki, cəmiyyətimizdə qadının ailə qurması, uşaq doğub törəməsi birmənalı qaydadır.Bu mövzuda heç kəsə güzəşt yoxdur.Tutaq ki, qadın uşaq istəyir lakin ailə qurmağa namizədi yoxdur,çox acımasız davranılır bu qadınla.Çünki, qad…