Qadın və kariyera

   
   Azərbaycanda bütün sistemlər və anlayışlar kimi qadının kariyera qurma anlayışı da tərsə-mərs işləyir.Evində qız övladı böyüdən valideynlər çalışırlar ki, qıza ən azı orta təhsil verə bilsinlər.Əgər nisbətən ziyalı ailədirsə uşağın ali təhsil alması üçün əlindən gələni edir.Təbii ki, bunu Bakı və digər sivil şəhərlərdə müşahidə etmək olur.Ucqar rayonlara doğru kənara çıxdıqca erkən yaşlarda ərə verilən, orta məktəbi bitirməyən, hətta oxuma-yazma bilməyən qızlara, qadınlara belə rast gəlinir.Təhsil almaq çox vacib bir nüansdır.Nəinki bir qadının hər bir insanın təhsil alması, istedadı olan sahə üzrə akademik bilgi əldə etməsi alqışlanasıdır.Lakin mən bu yazıda artıq təhsil almış, iş həyatına atılmaq istəyən və ya atılmış olan qadınlardan yazacağam.Hamıya məlumdur ki, cəmiyyətimizdə qadının ailə qurması, uşaq doğub törəməsi birmənalı qaydadır.Bu mövzuda heç kəsə güzəşt yoxdur.Tutaq ki, qadın uşaq istəyir lakin ailə qurmağa namizədi yoxdur,çox acımasız davranılır bu qadınla.Çünki, qadın nigahı olmadan tək başına nə uşaq doğa bilər, nə də onu böyüdə bilər.Uşağa hər yerdə "bic" etiketi yapışdırıb  həyatını məhv edirlər.Ona görə qadın məcbur olur sırf analıq hislərini tətmin etmək üçün sevmədiyi, bəyənmədiyi, məntiqlə uyğun gördüyü, gözü tutan hansısa kişi ilə nigaha girsin.Əgər nigaha girən zaman qadın artıq pul qazana bilən, işi-gücü olan fərd idisə bu ailəyə, onun qazancına müsbətdir.Yox əgər hansısa peşəyə sahib olmuş olsa belə işləmirsə, ya da gələcək əri tərəfindən işləməyinə qadağalar varsa bu faciədir.Başlıcası ona görə ki, ilk növbədə qadağa anlayışın özü ikrah doğurucudur.Bir yetkin fərdə nəyisə qadağa qoymaq amansızca bir şeydir.Tərəflər oturub anlaşa bilər, müzakirə aparar,götür-qoy edər və razılaşma olar, ortaq məxrəcə gəlinər.Yoxsa kişi qadağa qoymaqla, qadın da buna boyun əyməklə növbəti kölə təfəkkürlü, diktator rejimli ailənin əsasını qoymuş olurlar.
       Mən həyat yoldaşımla ailə quran zaman baxmayaraq ki, uzun illər işləmişəmm lakin həmin vaxt heç yerdə işləmirdim.Biz şərt kəsmişdik ki, mən övladımızı dünyaya gətirib, onu müəyyən yaşa çatdıranacan o ailəmizin maddi sorunlarını çiyninə götürəcək.Mən ev, məişət qayğıları, uşaq ilə məşğul olacam, o isə bizim maddi ehtiyyacımızı problemsiz qarşılayacaq.Nə vaxt ki, övladımız özünü ifadə edə biləcəyi yaşa çatacaq o zaman uşaq bağçalarının birinin himayəsinə verib yenidən ortaq həyatımıza hər ikimiz işləyərək davam edəcəyik.Yəni burda qadağadan ya da "kişiyə qulluq etmək üçün evə həbs olmaq"dan söhbət belə getmir.Mən və mənim kimi qadınlar bu qərarı ailənin müəyyən dönəmə sağlam şəkildə çatması üçün qəbul edir.Lakin bir növ ailələr də var ki, qadın subay vaxtı işləyirdi, evlənir yenə işləyir, hamiləlik dönəmində 9 ay qarnı burnunda işə gedir, uşağı doğur 40 gün məzuniyyət götürür sonra da uşağı atır dayənin, ya da anasının, qaynanasının üstünə təkrar işə çıxır.Ya da uşağın 1 yaşı olmamış, hələ dil açıb danışmamış yenə uşağı ataraq pul qazanmaq dalınca gedir.Mən bu qadınları, ailəni, buna göz yuman kişiləri qınayıram sözün əsl mənasında.Bu vəziyyətdə valideyn himayəsindən məhrum olan, körpə vaxtından ana qoxusundan, ata nəvazişindən uzaqlaşan minlərlə uşaq meydana çıxır.Cəmiyyət qadınları pofpoflayır ki, sən təhsillisən, əlində sənətin var, kişinin əlinə baxmalı deyilsən, get işlə, pulunu qazan.Bu qadınlar da bu tələyə düşərək uşaqlarında necə bir travma qoyduqlarını,əslində çiyinlərinə necə ağır bir yük götürdüklərini anlamadan qaça-qaça kapitalizmin əsirinə çevrilirlər.Qadın yuxudan durur uşağı hazırlayır, yedizdirir, süfrəni hazırlayıb kişini işə yola salır, uşağı kiməsə əmanət edib işə gedir.Bütün günü o,  kapitalist sistemdə əsəbləri tarıma çəkilə-çəkilə, özündən səviyyəsiz insanların əmrlərini, göstərişlərini uda-uda işləyir, axşam evə gəlir uşaqla məşğul olur, gün ərzində yığılan stressi uşağa qışqırmaqla, "sakit dur", dinc otur", səsini kəs" tənələri ilə çıxardır,evlə məşğul olur, bazarlıq da edir, yemək də hazırlayır, ərini qarşılayıb (gülər üz vacibdir, dəxli yoxdur sənin günün necə keçib, kişinin üzünə gülməsən o səni atıb gedə bilər) yeməyini verir, gecə də ərinin intim ehtiyyaclarını ödəyir, yatırlar sonra səhər bu rejim yenidən təkrarlanır.Bəzən hətta əksər hallarda qadın kişidən qat-qat artıq pul qazanır, ondan dəfələrlə çox gəlirə sahib olur lakin bu pul bölgüsü necə xərclənir? Kişi evə gəlib bir az uşaqla "acu-bucu" etdikdən sonra keçib yuxarı başa ayağını uzadıb televizora baxır, qadın isə ən azı onunla eyni qədər pulu qazanmasına baxmayaraq ortaq əkdikləri uşağının ehtiyyacları ilə maraqlanır, onu ödəyir, evin işlərini həll edir, kişinin ehtiyyaclarını ödəyir hələ üstəlik iş yerində də min danlaq eşidir.Sizcə bu ədalətli bölgüdür? Qadının "yaxşı ana", "yaxşı arvad", "yaxşı işçi" kateqoriyaları ilə ömrünü yeyən, həyatını bu tabulara pərçimləyən, onu rəsmən istismar edən bu anlayışlarla o nə vaxta kimi şüursuzca razılaşacaq, yaşayacaq? Qadın daş-divar deyil axı bütün yükü çiyninə götürüb əvəzində alqış alsın.Qadına o alqış lazım deyil.Güzgüyə baxıb özünüzü alqışlayarsınız bu ikiüzlü, riyakar istəklərinizə görə.Qadına "azadlıq" lazımdır, süni təriflər yox.Əgər ailə saxlayacaq durumda deyilsinizsə, əziz kişilər, prezervativ taxın.Əgər maddi təminatı olmayan kişiylə ailəlisinizsə, əziz qadınlar, vaginanızı kilidləyin, doğmayın.Heç özünüzün də xəbəriniz olmadan sizi miniblər, at kimi çapırlar, ayılın artıq.

Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога

Vajinası olan varlıq

Fantaziyalar

Basdırılmış arzular